Icma.az
close
up
RU
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” DEPUTAT

“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” DEPUTAT

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Müəyyən bir yaş həddindən sonra müəllimlərin sertifikasiyaya cəlb olunmasını düzgün saymıram. Məncə, bu proses üçün yaş həddi müəyyənləşdirilməlidir. Məsələn, bir insanın 55, 57 və ya 60 yaşı varsa, bu yaşda yenidən imtahanlara hazırlaşmaq və bu mərhələdən keçmək kifayət qədər çətindir”.

Bunu Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib:

“Əgər həmin şəxs uzun illər müəllim kimi fəaliyyət göstəribsə, o zaman onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Mən bu təklifi dəfələrlə səsləndirmişəm.

Bununla belə, ümumilikdə Təhsil Nazirliyinin sertifikatlaşdırma siyasətini pis hesab etmirəm. Mən bu yanaşmanı bəyənirəm. Çünki biz bu məsələni gündəmə gətirəndə belə bir sual verilmişdi: “Sən istəyərsənmi ki, övladına savadsız bir müəllim dərs desin?”

Əlbəttə, təhsildə, diplom verilməsində, müəllimlərin təyin olunmasında və ümumi qaydalarda keçmişdə boşluqlar olub. Bu da müəllimlər arasında müəyyən bir arxayınlıq yaradıb. İndi isə tələblər dəyişib və bu tələblərin hamısına əməl etmək bəzən mümkün olmur”.

Deputat vurğulayıb ki, uzun illər işləyən müəllimləri əmək haqqından məhrum edib işdən çıxarmaq düzgün deyil.

“Bu problem yalnız müəllimlərə aid deyil. Ümumiyyətlə, hər hansı bir sahədə işləyən şəxs işdən azad olunursa, ona alternativ imkan təqdim olunmalıdır. Oxumuşdum ki, Təhsil Nazirliyi özü də bunu etiraf edir və müəyyən alternativlər təklif etdiyini bildirir. Amma mənə çoxlu müraciətlər daxil olub ki, onlara heç bir alternativ təqdim olunmayıb.

Əgər bir müəllim sertifikasiyadan keçə bilməyibsə və işsiz qalıbsa, onun ailəsini necə dolandıracağı ciddi sual doğurur. Bu vəziyyət sosial narazılığa səbəb olur. Ona görə də belə şəxslərə mütləq şəkildə alternativ iş imkanları yaradılmalıdır ki, nə özləri, nə də ailələri çıxılmaz vəziyyətdə qalmasın”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri