600 dən çox bal toplayaraq qəbul olanlara 250 manat təqaüd verilir Rektor
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kənd təsərrüfatı dünyada olduqca aktual istiqamətdə inkişaf edir. Azərbaycanda son illərdə abituriyentlərin seçimində aqraryönümlü ixtisaslar kifayət qədər artıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir", - deyə rektor bildirib.
Z.Qurbanov qeyd edib ki, universitetin qərarı ilə 400-600 arası bal toplayaraq universitetə qəbul olunan tələbələrə 150 manat, 600 baldan çox toplayaraq qəbul olanlara 250 manat, sessiyada bütün fənlərdən əla qiymət alanlara əlavə 100 manat, ingilis dilində tədris alan tələbələrə isə əlavə 70 manat təqaüd təsis olunub.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















