600 məktəb dağılıb, yaşayış yerləri də hədəf alınıb Arakçı
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
İranda 600-dən çox məktəb dağılıb və ya qismən ziyan görüb.
Gununsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı onlayn müraciətində deyib.
“600-dən çox məktəb dağıdılıb və ya zərər görüb, nəticədə 1000-dən çox şagird və müəllim həlak olub və ya yaralanıb. Xəstəxanalar, təcili yardım maşınları, tibb işçiləri, xilasedicilər, neft emalı zavodları, su mənbələri və yaşayış yerləri də hədəf alınıb”, – Arakçı qeyd edib.
XİN başçısı İranın heç vaxt müharibə istəmədiyini, lakin özünü müdafiə etməkdə qətiyyətli olduğunu əlavə edib və beynəlxalq ictimaiyyəti ölkəsinə qarşı törədilən hücumları qınamağa çağırıb.
Baxış sayı:110
Bu xəbər 27 Mart 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















