Icma.az
close
up
RU
6000 azn lik kurslar nə öyrədir? Bakıda əl yandıran qiymətlər...

6000 azn lik kurslar nə öyrədir? Bakıda əl yandıran qiymətlər...

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bakıda 4 500–6 000 manat ödəniş tələb edən kurslar fəaliyyət göstərir. Maraqlıdır, bəs bu proqramları digərlərindən fərqləndirən nədir və qiymətlərin bu qədər yüksək olmasının səbəbi nədir? Həmçinin bu kurslarda əsasən hansı sahələr üzrə hazırlıq keçirilir?

Ölkə.az xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a açıqlamasında sözügedən kurslarla bağlı sualları belə cavablandırıb:

“Ümumilikdə, söhbət kurslardan gedirsə, bu kateqoriyaya əsasən universitetə hazırlıq, xaricdə təhsil istiqamətləri və xüsusilə də dil öyrətməyə yönəlmiş hazırlıq kursları daxildir. Bu kursların əksəriyyətində ödənişlər illik nəzərdə tutulur və kifayət qədər ciddi məbləğ təşkil edir”.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə hazırlıq kurslarının illik ödənişləri təxminən 3.000–4.000 manat arasında dəyişir:

“Bu kursları digərlərindən fərqləndirən xüsusi bir üstünlük olmasa da, əsas fərq prestij məsələsidir. Bəzi hazırlıq mərkəzləri adlarına görə tanınır və bu tanınmışlıq səbəbindən onların təhsil haqları daha yüksək olur. Məsələn, elə kurslar var ki, 2.000 manat olsa, tələb az olur, lakin 3.000–3.500 manat qiymət müəyyənləşdirildikdə maraq artmış olur. Yəni burada əsasən ad, etibar və prestij faktoru qiymətə təsir edir.

SAT, TOEFL və IELTS kimi beynəlxalq imtahanlara hazırlıq kurslarının qiymətləri isə daha yüksəkdir. Bu istiqamətdə aylıq ödənişlər təxminən 600 manat civarında olur. Xaricdə təhsil üzrə hazırlıq xidmətləri də aylıq 250–300 manat aralığında dəyişir”.

R.Nurəliyev onu da vurğulayıb ki, kurslardan fərqli olaraq, özəl liseylərin təhsil haqları daha yüksəkdir:

“Hazırda bəzi özəl təhsil müəssisələrində illik ödənişlər 12–15 min manat, hətta bəzi hallarda 15–20 min manat arasında dəyişir. Bu liseylərdə təhsil alan uşaqların xarici dil biliklərinin genişləndirilməsi və gələcəkdə xaricdə təhsil alma imkanlarının yaradılması əsas üstünlüklər hesab olunur. Buna görə də maddi imkanı geniş olan valideynlər daha çox bu tip liseylərə üstünlük verirlər. Elit təbəqədən olan ailələrin bu liseylərə marağı artdığı üçün təhsil haqlarında da davamlı artım müşahidə olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri