Icma.az
close
up
RU
6000 dollar verirsən, qüsursuz uşağa hamilə qalırsan Yeni xidmət təqdim edildi

6000 dollar verirsən, qüsursuz uşağa hamilə qalırsan Yeni xidmət təqdim edildi

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-də yerləşən şirkət süni mayalanma ilə alınan embrionlar üzərində genetik analiz apararaq valideynlərə "daha sağlam və üstün körpə" seçmək imkanı təqdim edən yeni texnologiyanı ictimaiyyətə təqdim edib.

Milli.Az xəbər verir ki, bu xidmətin təqdimatı həm tibbi dairələrdə, həm də etik müzakirələrdə qalmaqala səbəb olub.

"Nucleus Embryo" adlanan bu texnologiya valideynlərə 20-yə qədər embrionu analiz etdirərək onların təxminən 900 müxtəlif sağlamlıq və genetik xüsusiyyətlərinə dair risk göstəricilərini təqdim edir. Bu göstəricilər arasında Alzheimer, şəkərli diabet, xərçəng kimi xəstəliklər, eləcə də zəka səviyyəsi, boy, çəki və göz rəngi kimi xarakterik cəhətlər də var. Əldə olunan nəticələrə əsasən, valideynlər ən az riskə malik olan embrionu seçərək hamiləliyə davam edə bilirlər. Xidmətin qiyməti 5 min 999 dollar olaraq açıqlanıb.

Yeni texnologiya rəsmi olaraq tibbi riskləri azaltmaq məqsədi daşıdığını bildirsə də, bir çox mütəxəssis bu yanaşmanın "dizayn edilmiş uşaq" anlayışını daha da legitimləşdirdiyini bildirir. Artıq təkcə xəstəlik riskinə qarşı deyil, uşağın zəka və fiziki cəhətdən "üstün" olmasını istəmək məqsədilə də embrion seçimi edilə bilər.

Əlillik hüquqlarını müdafiə edən qruplar isə bu texnologiyanın dolayısıyla əlilliyi "arzuolunmaz" və ya "düzəldilməli qüsur" kimi təqdim etməsindən narahat olduqlarını bildirirlər. Belə texnologiyaların gələcəkdə cəmiyyətin müxtəlifliyinə və insan hüquqlarına zərbə vuracağı, fərqliliyin bir növ yox edilməsinə səbəb olacağı barədə xəbərdarlıqlar səsləndirilir.

İsmayıl
Milli.Az

İsmayıllı
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see356

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see135

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri