62 ildən sonra ilk dəfə: Fransada hökumət çökdü Baş nazir istefaya göndərildi
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Fransa parlamentinin aşağı palatası - Milli Assambleya baş nazir Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsi keçirib.
News24.az xəbər verir ki, sol qüvvələrin Fransa hökumətinə etimadsızlıq elan edilməsi təklifinin lehinə 331 deputat, əleyhinə 289 deputat səs verib.
Beləliklə, Fransada 1962-ci ildən bəri ilk dəfə olaraq parlament hökuməti istefaya göndərib.
Etibarsızlıq səsverməsinin elanı gözlənilən idi, çünki Barnye hökuməti parlamentdə çoxluğa malik deyildi və solçu Yeni Xalq Cəbhəsi blokunun və ifrat sağçı Milli Ralli partiyasının səsləri onu istefaya məcbur etmək üçün kifayət edib.
Fransa Milli Assambleyasına etimadsızlıq səsverməsi Mişel Barnyenin parlamentdən yan keçərək təsdiq etməyə imkan verən Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edərək büdcə layihəsi üçün məsuliyyəti öz üzərinə götürməsindən sonra başlayıb.
Fransanın baş naziri parlamentdə həftələrlə davam edən uğursuz müzakirələrdən sonra sosial xərclər üzrə büdcə layihəsinin bir hissəsini təsdiqləmək üçün bu xüsusi prosedurdan istifadə edib.
Fransada növbədənkənar seçkilər artıq 2024-cü ilin iyununda keçirilib və növbəti səsvermə ən azı bir il ərzində keçirilməyə bilər.
Buna görə də, indi yeni baş naziri təyin etmək Emmanuel Makronun öhdəsindədir və yerli medianın məlumatına görə, o, bunu mümkün qədər tez etməkdə qərarlıdır.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Dekabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















