Icma.az
close
up
RU
62 min manat mənimsəmədə təqsirləndirilirdi, ev dustaqlığına buraxıldı

62 min manat mənimsəmədə təqsirləndirilirdi, ev dustaqlığına buraxıldı

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Külli miqdarda mənimsəmədə və leqallaşdırmada təqsirləndirilən Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsində bildirib ki, onun tikinti şirkəti olub və Qobustanda fəaliyyət göstərib: ""2006-cı ildə İnşaat-F" adlı şirkəti həm təsisçisi, həm də təşkilçısı olaraq yaratmışam. Əsasən, binaların və yolların bərpası işi ilə məşğul olmuşam. Bu işləri tenderlərin yerləşdirildiyi saytlardan tapırdım". 

Dövlət ittihamçısı Rauf Malışov bildirib ki, təqsirləndirilən şəxs 384 min manat xərcləyib və qalan 32 min manatı mənimsəyib. Bu pul Qobustan İcra Hakimiyyətinin nümayəndəsi və qeyriləri arasında bölünüb. Bununla bağlı F.Rəhimov bildirib ki, yoxlamalar zamanı orada olmayıb.

O, ifadə verməkdə çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən ona növbəti iclasadək vaxt verilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Vüsal İbadov bildirib ki, F.Rəhimov müxtəlif vaxtlarda keçirdiyi infrakt və maşın qəzası səbəblərindən səhhətində ciddi problemlər yaranıb. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlində isə ciddi pozuntu mövcud deyil və o, ziyanı tam ödəyib. Bu səbəbə görə, vəkil onun ev dustaqlığına buraxılmasını xahiş edib. V.İbadov əlavə edib ki, bu işdə ifadə verən iki şirkət rəhbəri isə istintaqdan sonra vəfat edib və hazırda heç kimə real təhlükə yoxdur.

Məhkəmə bildirib ki, daxil olmuş sənədlərə görə, vurulan 62 min 400 manat maddi ziyan tam ödənilib. Əlavə edilib ki, Fəqani Rəhimovla bağlı Bakı İstintaq Təcridxanasından onun səhhətindəki ciddi problemlərlə bağlı sənəd daxil olub. Bu səbəbə görə qərara alınıb ki, Fəqani Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbiri "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilib. 

Növbəti proses martın 11-nə təyin edilib.

Qeyd edək ki, iş adamı Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İşdə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

İttihama görə, Fəqani Rəhimov 35 şirkətin rəhbəri olub. Onun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

Fəqani Rəhimov 2 il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlib. Buna səbəb tikintinin qanunsuz aparılması iddiaları olub.

Fəqani Rəhimov qanunsuz işlərinin çoxunu "İnşaat-F" MMC vasitəsilə həyata keçirib. Həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən, "İnşaat-F" MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb. 

Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min 400 manatını həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri