Icma.az
close
up
RU
62 yaşlı qadın kran operatoru: Qızımın da bu peşəni davam etdirməsini istəyirəm

62 yaşlı qadın kran operatoru: Qızımın da bu peşəni davam etdirməsini istəyirəm

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Dərin Özüllər Zavodunda çalışan 62 yaşlı Sifay Kərimova artıq 23 ildir ki qaldırıcı kran operatoru kimi fəaliyyət göstərir.

Oxu.Az xəbər verir ki, o, SOCAR-ın törəmə müəssisəsi olan "BOS Şelf" şirkətinin əməkdaşıdır. Əslən Sabirabaddan olan Sifay Kərimova illərdir ağır yükləri kranla qaldırsa da, onun çiyinlərinə düşən həyat yükü bundan da ağır olub.

Gənc yaşlarında həyat yoldaşını itirən Sifay Kərimova övladını tək böyütmək məcburiyyətində qalıb və ailəsini dolandırmaq üçün kran operatoru peşəsini öyrənib. Beləcə, həyat yoldaşının vaxtilə çalışdığı işi davam etdirməyə qərar verib.

Sifay Kərimova üçün iş saatı 07:30-da başlayır. Əvvəlcə bütün kollektiv toplanır və gündəlik tapşırıqlar verilir. Daha sonra krana qalxan Sifay Kərimova siqnalçının göstərişi ilə işə başlayır. İş saatı isə 16:25-də yekunlaşır.

Onun sözlərinə görə, bu iş məsuliyyət və diqqət tələb edir, çünki kiçik bir səhv ciddi nəticələrə səbəb ola bilər. Heç vaxt çətinliklərə boyun əyməyən Sifay Kərimova hesab edir ki, qadın həm zərif, həm də güclüdür və istədiyi təqdirdə hər bir işin öhdəsindən gələ bilər. Bununla yanaşı, o, yeganə qızının da bu peşəni davam etdirməsini arzulayır, çünki işinə olan sevgisini övladına da aşılayıb.

Bu gün Sifay Kərimova yalnız kran operatoru deyil, həm də əzmkarlığı və qətiyyəti ilə nümunə olan Azərbaycan qadınlarından biridir.

Daha çox foto burada: PhotoStock.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri