Icma.az
close
up
RU
63 yaşlı arıçı qadın: İş çətindir, amma məhsul kimi şirin gəlir

63 yaşlı arıçı qadın: İş çətindir, amma məhsul kimi şirin gəlir

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

25 ildir arıçılıq sahəsində çəkilən zəhmət, qazanılan təcrübə və peşəkar bir arıçı qadın yetişdirib. Bəli, söhbət işinin peşəkarı olan 63 yaşlı Bahilə İsmayılovadan gedir. 25 ildir ki, arıçı xanım fiziki cəhətdən çətin olan bu sahədə illərin təcrübəsini qazanıb.

Arıçı xanım işinin öhdəsindən peşəkarlıqla gəlir. Bahilə xanım yalnız arıçı deyil, eyni zamanda texnologiya universitetində xalçaçı dizayner kimi də fəaliyyət göstərir.

News24.az bildirir ki, işinin peşəkarı olan zəhmətkeş arıçı Bahilə İsmayılova Valyuta.az-a bildirib ki, arıçılıq sahəsinin incəliklərini dədə-babadan götürüb: "Gözümüzü açıb bu işi görmüşük. Mən də özümü bu işdə tapdım. Deyirlər ki, aslanın erkəyi dişisi olmaz. Həvəsin varsa, hər iş insan əlində acizdir, mən işimdən zövq alıram, işimin ağırlığını hiss etmirəm".

Ağaca baxdım, yuxarıda…

Bahilə xanım deyir ki, həvəsi olduğu üçün zamanla işini böyüdüb: "Arıları tapmaq, onları bəsləmək rahat deyil. Gərək həvəsin olsun, işini düşünəsən ki, onun davamı gəlsin. Lap ata-anadan sənə nə qədər arı ailəsi qalsa da, sən onları bir-iki ilə məhv də edə bilərsən. Mən isə zövq aldığım üçün bu işi böyütməyə fokuslu idim. Deməli, bir dəfə yolla gedəndə, ayağıma tikan batdı, bir ağacdan tutub dayandım. Yuxarı baxanda arıları gördüm. Qayıdanda onları vedrəyə yığdım, evə gətirdim və onlara yuva qurdum. Beləcə arı ailələrini artırırdım”.

"Bilirsiniz, bu sahə elə sahədir ki, gəlir gələndə üzün gülər, amma çətinlikləri də olur, bu sahə səni çətin vəziyyətdə saxlaya bilir” - deyə Bahilə xanım əlavə etdi.

Arının hər şeyi dəyərlidir

B.İsmayılova deyir ki, arının hər məhsulu gəlir verir, xeyirli sahədir: “Arının özü, mumu, balı, hər şeyi dəyərlidir. Ona görə bu sahə xüsusi diqqət tələb edir. Amma bu peşəni çox sevirəm və mənə ağır gəlmir. Hər işin çətin tərəfləri ola bilər, əsas olan onu sevərək görə bilməyindir. İş çətindir, amma məhsul kimi şirin gəlir"

Arılar kütləvi məhv olur

B.İsmayılova arıçılıq sahəsinin çətinliklərindən danışdı: “Əvvəllər çətinlik çəkmirdim, 4 ildir çox çətinlik çəkirəm. 4-5 il bundan əvvəl kütləvi qırılma oldu, 100 arı ailəsi məhv oldu və getdikcə arı ailələri azalmağa başladı. Yeni çıxan dərmanlardan istifadə etsəm də, heç bir xeyri olmadı. Bir neçə il bundan əvvəl 5 il Prezident subsidiya verdi, bütün müalicə xərcini gördüm. İndi də iki ildir arılar kütləvi məhv olur. Hətta 3 ilə 86 pətək məhv oldu. Əkinçilikdə istifadə olunan dərmanlar arıları məhv edir, gedən arılar geri dönmür. Kütləvi məhvin qarşısını almaq üçün təbii bitkilərdən siroplar hazırlayıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Mart 2025 04:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri