64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
FİFA prezidenti Canni İnfantino DÇ-2030-da 64 komandanın iştirak etməsi ideyasına münasibət bildirib.
QOL.az xəbər verir ki, bundan əvvəl Cənubi Amerika Konfederasiyasının (CONMEBOL) prezidenti Alehandro Dominqes FİFA-nın 75-ci Konqresində 2030-cu il dünya çempionatının final mərhələsini 64 komandanın mübaruzə aparmasını təklif etmişdi.
İnfantino isə Dominqesin fikirlərinə dəstək olub: "Dünya çempiontının 100 illik yubileyi xüsusi bir şey olacaq. Və mən Alehandro Dominqesin bu çıxışda söylədiklərini vurğulamaq istəyirəm. O, hamımıza bunu layiq olduğu şəkildə qeyd edə biləcəyimiz barədə düşünməyimizi söylədi. Yaxşı bir fikirdir".
Qeyd edək ki, DÇ-2030 Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək. Daha üç oyun Cənubi Amerikada - Uruqvay, Paraqvay və Argentinada baş tutacaq. Beləliklə, turnir ilk dəfə olaraq müxtəlif qitələrdə təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















