64 yaşlı kişi işdən evə gec gələn arvadını döydü Təfərrüat
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəmkir rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabr ayında rayonun kəndlərindən birində qeydə alınıb. 64 yaşlı Şahin (adlar şərtidir) evdə arvadı Gülnarla mübahisə edərkən ona qarşı güc tətbiq edib. Yumruq zərbəsi nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlum olub ki, hər iki şəxs dövlət müəssisəsində çalışır. Münaqişənin yaranmasına isə qadının işdən evə gec gəlməsi səbəb olub. Boşanma ərəfəsində olduqlarını deyən Şahin ifadəsində son vaxtlar münasibətlərinin pisləşdiyini və həmin gün əsəblərini cilovlaya bilmədiyini etiraf edib.
İş üzrə ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Gülnar onun arvadıdır: “Biz birlikdə Şəmkir rayonunun kəndində yaşayırıq. Hazırda boşanma ərəfəsindəyik. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son vaxtlar münasibətlərimiz pozulub. Mən Gülnarın evə gec gəlməsindən narazıyam. Məlum hadisə günü saat 13 radələrində yaşadığımız evdə olarkən yenə Gülnarla onun evə gec gəlməsinə görə narazılığımız oldu. Aramızda mübahisə baş verdi. Mən əlim ilə Gülnarı vurdum”.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Evə sərxoş gələn kişi arvadını döydü TƏFƏRRÜAT
28 Aprel 2025 18:19
Bakıda evə sərxoş gələn kişi arvadını döydü TƏFƏRRÜAT
29 May 2025 21:13
Sumqayıtda 35 yaşlı kişi arvadını döydü TƏFƏRRÜAT
03 İyun 2025 21:50
Masallıda 61 yaşlı kişi arvadını döydü TƏFƏRRÜAT
22 Aprel 2025 13:49
Bakıda 37 yaşlı kişi arvadını döydü TƏFƏRRÜAT
13 Fevral 2025 19:13
Baxış sayı:104
Bu xəbər 24 Aprel 2026 10:56 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları