Icma.az
close
up
RU
6,5 milyonluq dələduzluq: Ərim sağ olsa da, onu itirməyə görə təqaüd almışam

6,5 milyonluq dələduzluq: Ərim sağ olsa da, onu itirməyə görə təqaüd almışam

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Sofiya Yedigarova ifadəsi zamanı təqsirləndirilən şəxsi tanımadığını bildirib: “Mən Vüsalı tanımıram. Rüfət və İlqarla danışmışam. Rüfət rəhmətə gedib. İlqarla əlaqəm yoxdur. Mənim yoldaşım sağdır, lakin mən ailə başçısını itirməyə görə təqaüd almışam. Hər ay 100 manat məbləğində vəsait mənə verilirdi”.

Digər şahid Məmmədəli Zeynalov ifadəsində bildirib ki, onun adından təqaüd alınıb, amma o nə təqaüd, nə də bankdan kart alıb: “Mənə müstəntiq bildirdi ki, dövlət tərəfindən sənə 9000 manatdan artıq vəsait ödənilib. Həmin pullar karta köçürülüb və kartdan nağdlaşdırılıb. Kart “Bank of Baku”nun plastik kartıdır. Lakin mən banka yaxınlaşıb kart belə almamışam. Bildiyimə görə, kartı bankdan Bəhruz götürüb”.

Təqsirləndirilən şəxs kartı başqa bir adamın götürməsini qeyri-mümkün adlandırıb və məhkəmədən “Azəricard”a bununla bağlı sorğu göndərməyi xahiş edib.

Məhkəmə yerində müşavirə edərək məsələni baxılmamış saxlayıb. Qeyd olunub ki, növbəti prosesdə sorğu məsələsinə qayıdılacaq.

Daha sonra digər şahidlər ifadə verib.

Proses dekabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Əliyev Vüsal Arif oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri