Icma.az
close
up
RU
65 yaşına çatmış bu şəxslər daha 5 il işləyə biləcək

65 yaşına çatmış bu şəxslər daha 5 il işləyə biləcək

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.

Metbuat.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.

Xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 faizindən artıq olmamalıdır.

seeBaxış sayı:21
embedMənbə:https://metbuat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri