Icma.az
close
up
RU
650 illik xəritə: Aserbejan və Baku dənizi

650 illik xəritə: Aserbejan və Baku dənizi

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1375-ci ildə hazırlanan Katalan Atlası Araqon kralı V Pedronun sifarişi ilə tərtib edilmişdir. Katalan Atlası bir neçə səhifədən ibarətdir və xəritələr, şəhər adları, ticarət yolları, limanlar, həmçinin dövrün siyasi vəziyyəti haqqında qeydləri özündə ehtiva edir.

Məhz buna görə Orta Şərq, o cümlədən Azərbaycan və Təbriz bölgəsi atlasda mühüm yer tutur. Katalan Atlasının müəllifi Abraham Cresquesdir. O, XIV əsrdə Malyorka adasında yaşamış məşhur yəhudi kartoqraf və coğrafiyaçı idi. Bəzi mənbələrdə atlasın hazırlanmasında oğlu Yəhuda Cresquesin də iştirak etdiyi qeyd olunur.

Xəritənin Asiya hissəsinin olduğu 4-cü vərəqində Xəzər dənizinin cənub-qərbində antik katalan dilində "Aserbejan" sözü yazılıb. Bu, Azərbaycan adının Avropa xəritələrindəki ən qədim və aydın təsvirlərindən biridir. Bu yazı tam olaraq Xəzər dənizi ilə Təbriz şəhəri arasındakı ərazidə yerləşir.

Eyni zamanda “Mar de Bacu” (Bakı dənizi) adına da rast gəlirik. Xəritədə Xəzər dənizi iki adla qeyd olunub: “Mar Caspium” və “Mar de Bacu”. Bu, Bakı şəhərinin o dövrdə beynəlxalq ticarətdə nə qədər mühüm rol oynadığını göstərir. Bu, Avropa kartoqrafiyasında Bakının bir liman və mərkəz kimi ilk mühüm tanınmalarından biridir.

Xəritədə Təbriz şəhəri xüsusi qeyd olunub. O dövrdə Təbriz Elxanilər dövlətinin mühüm mərkəzi idi və avropalı tacirlər üçün ən böyük ticarət qovşağı sayılırdı. Xəritənin bu hissəsində dəvə karvanlarının təsviri var. Bu, Azərbaycanın Böyük İpək Yolunun üzərində yerləşdiyini və Şərqlə Qərb arasında körpü olduğunu simvolizə edir.

Regionun yaxınlığında taxtda oturan hökmdar təsvirləri var ki, bu da ərazinin mütəşəkkil bir dövlət olduğunu sübut edir.

Katalan Atlası sadəcə bir xəritə deyil, həm də bir ensiklopediyadır. Onun üzərindəki yazılar sübut edir ki, 14-cü əsrdə Avropanın ən məlumatlı alimləri Azərbaycanı müstəqil coğrafi ad, Bakını mühüm liman, Təbrizi isə dünya ticarətinin mərkəzi kimi qəbul edirdilər.

Bu xəritənin mövcud olması 650 il əvvəl avropalıların Azərbaycanı konkret coğrafi və siyasi bir bölgə kimi tanıdığını sübut edir. Eyni zamanda regionun tarixi-coğrafi toponimlərin davamlılığını və mövcudluğunu təsdiq edir.

(Bu barədə: Burling, William. Medieval Maps of the Middle East. London: Thames & Hudson, 1992., McIntosh, Gregory C. The Pictorial Cartography of the Catalan Atlas. Journal of Medieval History, 1986., Harley, J. B. & Woodward, David. The History of Cartography, Volume 1: Cartography in Prehistoric, Ancient, and Medieval Europe and the Mediterranean. University of Chicago Press, 1987.Saliba, George. Islamic Science and the Making of the European Renaissance. MIT Press, 2007 və digər mənbələr ilə yanaşı xəritənin çoxsaylı fotoları olan axtarış sistemlərininin göstərdiyi səhifələrə baxmaq olar).

Bu xəritə bir daha təsdiq edir ki, Azərbaycan həmişə Şərqin mərkəzində olub və olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:489
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Dekabr 2025 07:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri