6500 falçı məsuliyyətə cəlb edildi
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Tacikistan Daxili İşlər Nazirliyi okkultizmə qarşı aparılan kampaniya çərçivəsində cadugər və falçılar, eləcə də təhsilsiz ruhaniləri saxlayıb.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti xəbər verir.
“Dövlət başçısının tapşırığına əsasən və daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə cadugərlik və falçılıqla məşğul olan 1500 nəfər saxlanılıb, 5000-dən çox yarımsavadlı molla fanatizmə görə saxlanılaraq qeydiyyata alınıb” – məlumatda bildirilir.
Tacikistan prezidenti Emoməli Rəhmon bir müddət əvvəl dini liderlərlə görüşündə ölkədə xurafatın yayılmasından narahat olduğunu bildirib və Daxili İşlər Nazirliyinə falçılar və cadugərlərə qarşı mübarizəni gücləndirməyi tapşırıb. Onun sözlərinə görə, bu əməllər cəmiyyətə mənfi təsir edir və mövhumata gətirib çıxarır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 Noyabr 2024 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















