6500 “Hanza” azarkeşi komandanı İngiltərədə tək qoymadı VİDEO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Almaniyanın üçüncü liqasında çıxış edən “Hanza Rostok” futbol komandası İngiltərədə “Uotford”la hazırlıq oyunu keçirib.
İdman.Biz xəbər verir ki, Rostok təmsilçisini səfər qarşılaşmasında 6500 azarkeş dəstəkləyib.
Fanatlar “Vicarage Road” stadionunun qonaq sektorunu doldurublar. Biletlərin bir neçə saat ərzində satıldığı və bu səfərin “Hanza Rostok”un 60 illik tarixində İngiltərəyə ilk belə səfəri olduğu qeyd olunur.
Meydanda isə “Uotford” üstün olub. Çempionşip təmsilçisi görüşdə 3:0 hesablı qələbə qazanıb. Buna baxmayaraq, almaniyalı azarkeşlərin yaratdığı atmosfer matçın əsas diqqətçəkən məqamlarından birinə çevrilib.
Görüşdən sonra “Uotford” futbolçuları da qonaq tribunaya yaxınlaşaraq fanatlara atmosferə görə təşəkkür ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 İyul 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















