Icma.az
close
up
RU
67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin sirrli HEKAYƏSİ FOTOlar

67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin sirrli HEKAYƏSİ FOTOlar

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da 67 il əvvəl müəmmalı şəkildə yoxa çıxmış ailənin qalıqları tapılıb.

Milli.Az xəbər verir ki, 1958-ci il dekabrın 7-də Portlend şəhərindən olan 54 yaşlı Kennet, xanımı 48 yaşlı Barbra Martin, övladları - 11,13 və 14 yaşlı qızları ilə birgə avtomobilə minib yola çıxıblar. Onlar evlərinə bir daha qayıtmayıblar.

Ailə qırmızı rəngli 1954-cü il istehsalı "Ford Country Squire" avtomobili ilə Kolumbiya çayı dərəsinə yollanırmış. Onların məqsədləri yaşıl budaqlar toplamaq olub. Həmin gün onları həm "Cascade Locks" yanacaqdoldurma məntəqəsində, həm də "Paradise Snack Bar" kafesində (Hood River şəhərində) görüblər. Lakin bir neçə həftə sonra Kolumbiya çayından iki kiçik qızın - Syuzan və Virciniyanın cəsədləri çıxarılıb. Kennet, Barbra və böyük qızları Barbi isə itkin olaraq qalıb.

İstintaqın davamı

Bu iş Oreqon ştatının ən müəmmalı hadisələrindən biri hesab olunurdu. Yalnız 2024-cü ilin sonunda müstəqil dalğıc Arçer Mayo ailəyə məxsus ola biləcək avtomobili aşkar etdi. Maşın "Cascade Locks" yaxınlığında, təxminən 15 metr dərinlikdə tapıldı.

2025-ci ilin martında sudan avtomobilin bəzi hissələri - şassi və mühərrik, kamera, oyuncaqlar və odlu silaha bənzər əşyalar çıxarıldı. İndi isə Mayo bildirib ki, avtomobilin içində insan qalıqları aşkarlayıb. Bunların iki yetkin insana aid olduğu güman edilir.

Dalğıc qeyd edib ki, qalıqları Hood River dairəsi polis idarəsinə təhvil verib. İdarə isə bu məlumatı təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

Mayonun araşdırmaları

Tapıntıya çatmaq üçün Arçer Mayo bir neçə ay icazələr almalı olub, 60 dəfədən çox xüsusi texnika ilə dalış edərək dağıntıları təmizləyib. Nəticədə 1950-ci illərə aid çevrilmiş "Ford" markalı universal avtomobili 18 metr dərinlikdə aşkar edib. Mart ayında yalnız avtomobilin alt hissəsi və mühərriki sudan çıxarılsa da, kuzov, eləcə də içindəki əşyalar suda qalıb.

"Çox məyus oldum. Mən bu işlə yeddi il yaşamışam: düşünmüşəm, xəyal etmişəm, bu işlə məşğul olmuşam, hətta bir növ aludə olmuşam", - deyə Mayo bölüşüb.

2025-ci ilin iyulunda dalğıc hadisə yerinə qayıdaraq dağıntıları təmizləməyə davam edib. Avqust ayında isə o, artefaktlarla yanaşı, iki və ya üç ailə üzvünə aid ola biləcək insan qalıqlarını çıxarıb.

"Özümü elə hiss edirəm ki, onları ailələrinə qaytardım və nəhayət, rahatlıq tapdılar. Mənim ən böyük arzum da bu idi", - deyə dalğıc bildirib. /Lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Sentyabr 2025 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri