67 yaşı var, 100 kq la məşq edir Mədət Quliyevdən rekord Video
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Azərbaycanın Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyevin idman zalında məşq etməsi ilə bağlı yeni görüntülər yayılıb.
“Yeni Sabah” xəbər verir ki, görüntüləri tanınmış məşqçi Cəlal Axundov paylaşıb.
O, video ilə bağlı yazıb: “Hamı tormuz verəndə, biz qaz veririk”. Dominos pizza
Görüntülər qısa zamanda böyük marağa səbəb olub. Generalın peşəkar səviyyədə fiziki hazırlıq nümayiş etdirdiyi nəzərə çarpır. Onun 100 kiloqramla məşq etməsi isə izləyiciləri təəccübləndirib.
M.Quliyevin oxşar videoları zaman-zaman sosial şəbəkələrdə paylaşılır və maraqla qarşılanır.
Xatırladaq ki, M.Quliyevin 67 yaşı var.
Aytac Əliyeva

