Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

677 ilin sonunda gələn qaçılmaz nəticə... Bakı böyük plana BAŞLADI

677 ilin sonunda gələn qaçılmaz nəticə... Bakı böyük plana BAŞLADI

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirvanşah modeli – kiçik dövlətin böyük strategiyası

Səfəvi imperiyasının tarixdən sildiyi ölkə

Tarix böyük dövlətlərin necə yarandığını yox, kiçik dövlətlərin necə sağ qaldığını daha dəqiq göstərir. Tarix emosiyanı yox, nəticəni yadda saxlayır. Şirvanşahlar bunu sübut edən ən uzunömürlü siyasi modellərdən biridir. Bu dövlət təxminən 861-ci ildən 1538-ci ilə qədər-677 il mövcud olub. Qafqaz üçün, bütövlükdə dünya üçün bu, nadir davamlılıqdır.

Şirvanşahlar böyük imperiyalar arasında yox olmadılar, mədəniyyət yaratdılar, amma bir həqiqətdən qaça bilmədilər. Bu coğrafiyada təkcə ağıllı olmaq kifayət etmir. Onlar oyunu düzgün oynadılar, amma güc oyununun qaydaları dəyişəndə tarix onları bağışlamadı.

Rus şərqşünası Vladimir Minorsky Şirvan haqqında yazırdı: “Shirvan was one of the most enduring political entities in the Caucasus.” (“Şirvan Qafqazda ən uzunömürlü siyasi qurumlardan biri idi.”)

Alman tarixçisi Vasily Bartold daha dəqiq ifadə edir: “Small states survived not by strength, but by flexibility.” (“Kiçik dövlətlər güclə yox, çevikliklə sağ qalırdı.”)

Türkləşmiş dövlət

Şirvanşahlar bunu sübut etdi. Bu dövlət təsadüfi yaranmamışdı. Onun kökü VIII əsrdə Qafqaza gələn ərəb mənşəli şeybanilərə (Bəni Şeyban) dayanırdı. Bu tayfa dini missioner deyildi. Onlar Ərəb xilafətinin hərbi-siyasi dayağı kimi bu torpaqlara yerləşdirilmişdi. Məqsəd sadə idi: idarə etmək, vergi toplamaq və regionu nəzarətdə saxlamaq.

Lakin tarix burada dönüş etdi. Bu ərəb mənşəli sülalə zamanla yerli mühitə qarışdı, türkləşdi və artıq kənardan gəlmiş hakimiyyət yox, regionun öz dövlətinə çevrildi. Bu, işğaldan dövlətçiliyə keçidin nadir nümunələrindən biridir.

Şirvanşahlar yalnız siyasətlə yox, mədəniyyətlə də tarixə düşdü. Bu dövlət Şərqin mühüm intellektual mərkəzlərindən birinə çevrildi. Saray yalnız hakimiyyət yeri deyildi. O, həm də ədəbiyyat və elmin himayəçisi idi. Dövlətin mərkəzi olan Şirvan ədəbi və intellektual mərkəzə çevrilmişdi.

Nəsimini qəbul etmirdilər…

Bu mühitdə Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər yetişdi. Daha böyük bir fakt isə Nizami Gəncəvi ilə bağlıdır. Onun “Leyli və Məcnun” əsərinin Şirvanşah I Axsitana həsr olunması göstərir ki, Şirvan yalnız siyasi yox, mədəni sifariş verən güc mərkəzi idi.

Bu, çox mühüm detaldır. Çünki Nizami kimi bir dahinin əsərini həsr etdiyi saray artıq regional yox, sivilizasion səviyyədə qəbul olunurdu.

Lakin bu sistem hər fikrə açıq deyildi. İmadəddin Nəsimi kimi islamın rədd etdiyi hürufi düşüncəni təmsil edən şairlər bu sistemin içində yox, kənarında idi. Şirvanşahlar sünni-ortodoks dini xətti qoruyurdu, yəni İslamın rəsmi və ənənəvi qaydalarına sadiq qalır, qeyri-ənənəvi ideyaları təhlükə kimi qəbul edirdi. Bu, dövlətin sabitliyini qorumaq üçün seçilmiş siyasət idi.

Şirvanşahların gücü yalnız söz və siyasətdə deyil, daşda da görünürdü. Bakıda yerləşən və UNESCO siyahısında yer alan Şirvanşahlar Sarayı bu dövlətin memarlıq zirvəsidir. XV əsrə aid bu kompleks göstərir ki, Şirvan yalnız sağ qalan yox, yaradan dövlət idi.

“40-cı qul özüməm…” mifi

Bu dövlətin ən güclü hökmdarlarından biri I İbrahim idi (1382–1417). O, Əmir Teymur kimi nəhəng güclə qarşı-qarşıya gəlsə də, özünün qoruyub saxlaya bildi. Məhz Şirvanşah I İbrahimlə bağlı məşhur epizod- “40-cı qul özüməm” ifadəsi siyasi realizmin simvoludur. Guya Şirvanşah  Əmir  Teymura  hər şeydən 40 ədəd olmaqla hədiyyələr verir. Yalnız qulların sayı 39 olur. Teymur soruşur: “Niyə 40 deyil?” Cavab isə sərt və ağıllıdır: “40-cı qul özüməm.” Bu olay klassik akademik tarix kitablarında dəqiq sənəd kimi YOXDUR. Simvolik hekayədir, amma böyük siyasi məna daşıyır.

Bu, zəifliyin yox, hesablanmış siyasətin ifadəsi idi. Şirvanşah fərd olaraq geri çəkildi, amma dövlət olaraq qaldı.

Qərb tarixçiləri Şirvanı “buffer state” (bufer dövlət) kimi-böyük imperiyalar arasında tampon zona kimi təfsir edirdilər. Praqmatik və dəyişən siyasi reallıqlara sürətlə uyğunlaşan ölkə kimi görürdülər.

Alman şərqşünası Vasily Bartold yazırdı: “Small states survived not by strength, but by flexibility.” (“Kiçik dövlətlər güclə yox, çevikliklə sağ qalırdı.”)

Daha sərt imperiya yarandı

Şirvanşahlar bunu bacardı. Amma sonsuza qədər yox. XVI əsrdə region dəyişdi. Yeni güc ortaya çıxdı – Səfəvi dövləti. Bu artıq əvvəlki imperiyalar deyildi. Bu, daha sərt, daha mərkəzləşmiş və ideoloji sistem idi.

1538-ci ildə Şah I Təhmasib Şirvanşah dövlətini tamamilə ləğv etdi. Bu, sadəcə bir dövlətin süqutu deyildi, bir siyasi modelin sonu idi. Şirvanşahlar ağıllı idi — ona görə 677 il yaşadı. Amma kifayət qədər güclü deyildi — ona görə tarixdən silindi. Bu dərs bu gün də aktualdır.

Müasir Azərbaycan eyni coğrafiyadadır. Yenə böyük güclərin arasında. Fərq ondadır ki, bu gün mübarizə təkcə silahla yox, enerji, logistika və texnologiya ilə aparılır. Amma qayda dəyişməyib. Bu regionda emosional siyasət aparan dövlətlər yaşamır.

Bu regionda yalnız ölçülü-biçili siyasət yürüdən və güclənən dövlətlər qalır.

Bakı böyük plana başladı

Azərbaycan bu gün balans siyasəti aparır. Bu, Şirvanşah modelinin davamıdır. Amma təkcə balans kifayət etmir. Tarix artıq sübut edib: Şirvanşahlar ağıllı idi — ona görə yaşadı. Güclü deyildi, ona görə tarixdən silindi.

Bu gün seçim daha sərtdir: ya güclənirsən, ya da tarix olursan.

Azərbaycan bu gün bu üç istiqamətdə hərəkət edir. O, eyni anda Qərblə enerji əməkdaşlığı qurur, Rusiya ilə münasibətləri saxlayır, Türkiyə ilə strateji ittifaqdadır və İranla açıq qarşıdurmadan qaçır. Bu, təsadüfi siyasət deyil. Bu, Şirvanşah modelinin müasir formasıdır.

Lakin burada mühüm fərq də var. Şirvanşahlar əsasən passiv balans siyasəti aparırdı, yəni uyğunlaşırdı. Müasir Azərbaycan isə təkcə uyğunlaşmır, oyunu formalaşdırmağa başlayır. Orta Dəhliz, enerji xətləri və regional layihələr bunun göstəricisidir.

Bu o deməkdir ki, Azərbaycan artıq yalnız sağ qalmağa çalışan dövlət deyil. O, beynəlxalq sistemin içində yer tutan aktora çevrilir.

Tarix artıq sübut edib: Şirvanşahlar ağıllı idi, ona görə bu qədər uzun yaşadı. Güclü deyildi, ona görə tarixdən silindi.

Bu gün seçim daha sərtdir: ya güclənirsən, ya da tarix olursan…

Elbəyi Həsənli,
Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri