68 218 bildiriş yaradılıb, 63 316 qəbz...
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin I yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı alt sistemlərinin, o cümlədən “e-rüsum”un tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib.
“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə “e-rüsum” altsistemi üzrə ümumilikdə 68 218 bildiriş yaradılıb, 63 316 qəbz üzrə ödəniş həyata keçirilib. Hesablanmış dövlət rüsumlarının ümumi məbləği 32,04 milyon manat, ödənilmiş dövlət rüsumlarının məbləği isə 31,2 milyon manat təşkil edib.
Qeyd edək ki, “e-rüsum” altsistemi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan tərəfindən real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və aidiyyəti üzrə baxılmasını, habelə dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarətin və uçotun həyata keçirilməsini təmin edir. pizza sifarişi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 İyul 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















