68 minini ələ keçirən şəxslə bağlı QƏRAR KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən, Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş Cavid Şirəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İbtidai istintaq zamanı məlum olub ki, 1983-cü il təvəllüdlü Cavid Şirəliyev həm də 7gun.org saytının rəhbəridir. O, 2012-2014-cü illərdə “7 Gün Xəbər” qəzetinin rəhbəri olsa da, sonradan onlayn formada fəaliyyət göstərib.
Bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini Cavid Şirəliyev həmyerlisi, Rusiya vətəndaşı Ağagül Nəsirovu Masallıda fəaliyyət göstərən bazarda tikilməkdə olan “Sərfəli” ticarət mərkəzinə müdir təyin etmək adı ilə onun 68 min manatını paytaxtın Nərimanov rayonunda dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmədə Cavid Şirəliyev özünü təqsirli bilməyib və iddiaların həqiqətə uyğun olmadığını deyib.
Araşdırmalar nəticəsində onun əvvəllər “hədə-qorxu ilə tələb etmə” cinayətinə görə məhkum edilməsi də müəyyənləşib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Şirəliyev 7 il həbs cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















