Icma.az
close
up
RU
680 dən yuxarı bal toplayanlar 700 bal toplayanın biliyindədir Ramin Nurəliyev

680 dən yuxarı bal toplayanlar 700 bal toplayanın biliyindədir Ramin Nurəliyev

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Nəticələrə əsasən IV qrup üzrə 2 abituriyent 700 bal toplayıb.

Beləliklə, I, II və III ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb. Bəs bu qruplarda maksimum nəticə göstərənin olmamasının səbəbi nə ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, burda təbii ki, sualların da çətinlik səviyyəsi öz rolunu oynayır:

"Bununla yanaşı mən 700 bal məsələsini qlobal bir məsələyə çevirmək istəmirəm.Ümumiyyətlə, buraxılış imtahanında maksimum, yəni 300 bal toplayan abituriyentlər içərisindən 700 bal çıxa bilərdi. Çünki buraxılış imtahanında 300 bal toplayan abituriyentlərin blok imtahanında da 400 bal toplaması gərəkirdi ki, ümumilikdə bu 700 bal toplasın". 

Təhsil eksperti bildirdi ki, 680 və 680-dən yuxarı bal toplayanla 700 bal toplayanın bilik səviyyəsi arasında o qədər də fərq görmür:

"680, 690, 695 bal toplayanlar 700 bal toplayanın biliyindədir. Burada sadəcə şans məsələsi də öz rolunu oynayır. Düşünürəm ki, bu şansdır. Misal üçün, o abituriyentlər əgər bir sualı düzgün cavablandırmasaydılar, 700 bal toplaya bilməyəcəkdilər və yaxud da bir sualda hər hansı bir texniki səhv olsaydı, 700 bal toplaya bilməyəcəkdilər. Ona görə də mən bunu bir şans olaraq düşünürəm. O şagirdlərimizin, o abituriyentlərimizin bu istiqamətdə şansı gətirdi və 700 bal topladı. Amma mənim nəzərimdə 680 balla 700 arasında olan bütün abituriyentlər elə maksimal bal toplamış kimidir".

R.Nurəliyev vurğuladı ki, yüksək bal toplayanın şansı ixtisas seçimində daha çox olur:

"Ona görə də 700 bal toplayanın şansı daha çox olacaq. Amma düşünsək ki, 680 balla qəbul olan da, 700 balla qəbul olan da eyni şəkildə eyni ixtisaslara müraciət etdiyi təqdirdə, hər ikisinin həmin ixtisasın dövlət sifarişinə qəbul olma imkanı, əlbəttə ki, var.

Ölkə səviyyəsində imtahanın maksimal balının toplanılması bir statusu var. Yəni 700 bal toplama bir statusu var. Bu o demək deyil ki, 680-690 bal toplayanların da savad səviyyəsi aşağıdır. Elə bir şey yoxdur. Sadəcə bir-iki texniki sual səhvinə görə maksimal balı əldə eləyə bilmədilər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri