Icma.az
close
up
RU
7 ildir uşağı bilirdi, qardaşı imiş Bir analizlə həyatı dəyişdi

7 ildir uşağı bilirdi, qardaşı imiş Bir analizlə həyatı dəyişdi

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, beynəlxalq şirkətlərdən birinə işə düzələn Ramin Eyvazov (ad-soyadlar şərti) tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqəti öyrənib.

Paytaxt sakini 8 il əvvəl ailə qurub, həmin nikahdan 7 yaşlı oğlu olduğunu düşünüb. İki il əvvəl isə ər-arvad arasındakı nikah pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm olaraq aliment ödəyib.

Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradıb. Belə ki, analizlərin nəticəsi olaraq ona ata ola bilməsinin mümkünsüz olduğu deyilib. Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini fikirləşib, belə bir şeyə inanmadığını israr edib.

Lakin atalığın müəyyən edilməsi üçün keçirilən DNT analizi də ilkin nəticəni təsdiq edib. Məlum olub ki, azyaşlının atası Ramin deyil. 

Daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxıb. Belə ki, mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələnməyə başlayıblar. Onun qardaşı olmadığı üçün atası Rizvan məcburi analizə cəlb edilib. Və uşağın atasının də elə Rizvan olduğu təsdiqlənib. 

Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf ediblər. Qayınata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə cinsi əlaqə baş verdiyini deyiblər. Onlar iddia ediblər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb.

Qonşular da qayınata-gəlinin sevgi münasibətlərindən şübhələniblər. Davam etdirilən araşdırmaların nəticəsində o da üzə çıxıb ki, qadınla kişi bir neçə dəfə rayonlara birgə gəzməyə gediblər.

Tibbi ekspertizanın nəticələri və etirafedici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb.

Məhkəmənin qərarı ilə Raminin iki il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə, uşağın saxlanılması ilə bağlı aliment ödəmə öhdəliyi onun və uşağının bioloji atasının üzərinə qoyulub.

Sail Ağsəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri