7 kənddə monitorinq: Əhali ilə birgə mübarizə tədbirləri görülüb FOTOLAR
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
AQTA Aparatının, eləcə də regional bölmələrin 60-a yaxın əməkdaşı Zaqatalanın kəndlərində Qəhvəyi mərmər bağacığı ilə mübarizə və maarifləndirmə tədbirlərinə cəlb olunub.
Rayona ezam olunan agentlik əməkdaşları Zaqatalanın 7 kəndində monitorinq və əhali ilə birgə mübarizə tədbirləri həyata keçiriblər.
“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu barədə məlumat yayıb. Bildirilir ki, tədbirdə payız-qış mövsümündə zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.
AQTA-a əməkdaşları sakinlərlə birgə zərəvercinin qışlama üçün yuva saldığı yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb və çap materialları təqdim ediblər. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri tədbirlərə dəstək veriblər.
Qeyd olunub ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir.
Beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunduğu vurğulanıb. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan da hazırlanır:
“Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər. Əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və vətəndaşların birgə fəaliyyəti nəticəsində bu zərərverici təhlükəsi minimuma endiriləcək. Hər bir vətəndaşımızın bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















