Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

7 körpənin öldüyü doğum evinin direktoru xaricə 2 dəfə necə gedib?

7 körpənin öldüyü doğum evinin direktoru xaricə 2 dəfə necə gedib?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Mərkəzdə xadimə işləyən Yeganə Əhmədova bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: “Mən 6-7 ay idi mərkəzdə çalışırdım. Hadisə vaxtı növbədə idim. Reanimasiya otağını təmizədim, mətbəxə keçdim. Validə xanım qışqıraraq otaqda yanğının baş verdiyini dedi. Otağa gəldik. Küvezdən alov qalxdığını gördük. Sonra yanğını söndürməyə çalışdıq. Yanğın söndürülməsi ilə bağlı bizə təlim keçirilib”.

Müdafiə tərəfin “ Küvezlər olan otaqda naqillərin qızma, kimisə cərayan vurma halı baş veribmi” sualına şahid “bilmirəm” cavabını verib.

Şahidin istintaqa verdiyi ifadədə ziddiyyət olub. O, ibtidai istintaqa verdiyi ifadə də onlara yanğınla bağlı təlimin keçirilmədiyini bildirib.
Şahid məhkəmədəki ifadəsini təsdiq edib.

Daha sonra mərkəzdə elektrik vəzifəsində çalışmış, şahid qismində tanınan Asif Dadaşov ifadə verib. O, bildirib ki, dəstək xidmətlərində çalışıb: “Mənim işim elektrik yuvalarının, lampaların işlək vəziyyətinə nəzarət və onların dəyişdirilməsi olub. Panellərdəki elektrik xəttinə və elektrik yuvalarına baxmaq, onları dəyişmək olub. Şöbələrdə nəyisə dəyişmək lazım olurdusa, mənə deyirdilər, mən də gedib həll edirdim. Dördüncü mərtəbədəki avadanlıqlarda nəyisə dəyişmək lazım olduqda Məryəm xanım, beşinci mərtəbədən isə Hamlet doktor göstəriş verib”.

Şahid bildirib ki, mərkəzdə qısa qapanma hadisələri əvvəl də olub:

“Mərkəzdə adi lampa partlayanda belə qısa qapanma sayılır. Avtomat atır. Uzadıcılar da qızanda qısa qapanma baş verə bilər. Hadisə zamanı da qısa qapanma olub. Hadisənin səhəri işə gələndə gördüm ki, avtomat atıb. Mərkəzdə ümumi 18-20 avtomat olub.

Daha sonra şahid Ruhiyyə Qocayeva ifadə verib.

Ruhiyyə Qocayeva bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: “Mən Yenidoğulmuşların Reanimasiyası şöbəsinin təsərrüfat bölməsində çalışırdım. Mən təmizliklərə nəzarət edirdim. Şampun , yuyucu toz , uşaq geyimlərinə baxırdım. Bir dəfə uzadıcı da sifariş etmişəm. Uzi və başqa avadanlıqlar üçün uzadıcı sifariş edilmişdi. Mən anbardan başqa yerdən uzadıcı götürməmişəm. Uzadıcıları götürüb dolablara qoymuşam, tibb bacılarınada lazım olanda oradan götürürdülər”

Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyev məhkəmədən təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini istəyib.

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində “polis nəzarəri altına vermə” qətimkan tədbiri olsa da, o iki dəfə ölkə xaricində olub. O, bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.
Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəlkili xarici ölkəyə çıxışında məhdudiyyət yoxdur: “Kredit borcun gecikəndə səni ölkə xaricinə buraxmırlar. Belə bir qadağa olsaydı, onun çıxışı mümkün olmazdı”.

Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində olduğunu etiraf edib. Ölkəni tərk etmək üçün aidiyyatı qurumlara məlumat verməli olduğundan xəbərdar olmadığını məhkəməyə bildirib.

Proses 29 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri