Icma.az
close
up
RU
7 körpənin öldüyü xəstəxananın sabiq direktor iki dəfə ölkəni tərk edib

7 körpənin öldüyü xəstəxananın sabiq direktor iki dəfə ölkəni tərk edib

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Mərkəzdə xadimə işləyən Yeganə Əhmədova bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: “Mən 6-7 ay idi mərkəzdə çalışırdım. Hadisə vaxtı növbədə idim. Reanimasiya otağını təmizlədim, mətbəxə keçdim. Validə xanım qışqıraraq otaqda yanğının baş verdiyini dedi. Otağa gəldik. Küvezdən alov qalxdığını gördük. Sonra yanğını söndürməyə çalışdıq. Yanğın söndürülməsi ilə bağlı bizə təlim keçirilib”.

Daha sonra mərkəzdə elektrik vəzifəsində çalışmış Asif Dadaşov ifadə verib. Şahid bildirib ki, mərkəzdə qısaqapanma hadisələri əvvəl də olub: “Mərkəzdə adi lampa partlayanda belə qısaqapanma sayılır. Bu zaman avtomat atır. Uzadıcılar qızanda da qısaqapanma baş verə bilər. Hadisə zamanı da qısaqapanma olub. Hadisənin səhəri işə gələndə gördüm ki, avtomat atıb. Mərkəzdə ümumi 18-20 avtomat olub".

Daha sonra şahid Ruhiyyə Qocayeva ifadə verib.

Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyev məhkəmədən təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini istəyib.

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində “polis nəzarəri altına vermə” qətimkan tədbiri olsa da, o, məhkəmə dövründə iki dəfə ölkə xaricində olub. O, bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.
Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəlkilinin xarici ölkəyə çıxışında məhdudiyyət yoxdur: “Kredit borcu gecikəndə səni ölkə xaricinə buraxmırlar. Belə bir qadağa olsaydı, onun çıxışı mümkün olmazdı”.

Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində olduğunu etiraf edib. O, ölkəni tərk etmək üçün aidiyyəti qurumlara məlumat vermək lazım olduğunu bilmədiyini deyib.

Proses 29 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb. (Mənbə APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see308

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see188

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see155

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see150

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see142

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see139

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see137

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see127

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see124

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri