Icma.az
close
up
RU
7 milyon tonluq saatli bomba: Elektromobillərin batareya dillemması...

7 milyon tonluq saatli bomba: Elektromobillərin batareya dillemması...

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elektrikli avtomobillər ilk dəfə yollara çıxdıqda hər şey daha təmiz bir dünya vədi ilə başlamışdı. Lakin bu medalın qaranlıq tərəfi də var. Bu gün Amerikadan Avropaya qədər bir çox bazarda yüksək qiymətlər və şarj sürəti kimi problemlər müzakirə edilsə də, Çin daha böyük və təhlükəli bir problemlə üz-üzədir: istismar müddətini başa vurmuş milyonlarla batareya.

Qaynarinfo xəbər verir ki, Azərbaycanda da elektrikli avtomobillərin yayılması o qədər sürətlə baş verir. Amma köhnəlmiş batareyaların təhlükəsiz şəkildə utilizasiyası üçün lazım olan infrastruktur bu tempə uyğunlaşa bilməyib.

Batareya yorğunluğu: Sürətli böyümənin qarşılığı

Çin dövlət dəstəkli təşviqlər hesabına "Yeni enerji nəqliyyat vasitələri” sektorunda dünyanı geridə qoyub. 2025-ci ilin noyabr ayına dair məlumatlara görə, yeni avtomobil satışlarının təxminən 60 faizi elektrikli modellərin payına düşüb. Lakin bu nəhəng park artıq yaşlanma mərhələsinə daxil olur.

Batareyalar performansını itirir, köhnə modellər isə yeni texnologiyaların kölgəsində qalır. Mütəxəssislər 2030-cu ilə qədər Çin bazarında təxminən 7 milyon ton batareyanın istifadədən çıxacağını proqnozlaşdırır. Qlobal miqyasda litiumun 99 faiz saflıqla geri qaytarılması kimi ümidverici üsullar inkişaf etsə də, Çində toplanan bu nəhəng həcmdə batareya üçün mövcud həllər hələlik yetərli sayılmır.

Nəzarətsiz təkrar emalçılar və qeyri-qanuni risklər

İstifadə müddətini başa vurmuş batareyaların təkrar emalı əsasən iki üsulla həyata keçirilir: ya tam parçalanaraq metalları yeni batareyaların istehsalında istifadə olunur, ya da evlərə enerji təminatı kimi daha yüngül funksiyalara yönəldilir.

Lakin Çində "qeyri-rəsmi” adlandırılan nəzarətsiz təkrar emal müəssisələri artıq öz qaydalarını formalaşdırıb. Hökumət tənzimləmələrini nəzərə almayan bu obyektlər köhnə batareyalara daha yüksək qiymət təklif edərək onları toplayır. Daha sonra bu hüceyrələri yenidən yığıb "yeni” batareya paketləri kimi bazara çıxarır və ciddi təhlükəsizlik riski yaradırlar.

Ətraf mühit və ictimai sağlamlıq təhlükə altındadır

Problemin ən qorxulu tərəfi isə istifadədən çıxmış batareyaların məhv edilməsi prosesidir. Heç bir qaydaya əməl etməyən bu qeyri-qanuni müəssisələr batareyaları birbaşa əzərək xam metal kimi satışa çıxarır. Bu zaman sızan kimyəvi maddələr və çirklənmiş tullantı suları birbaşa ətraf mühitə qarışır, yanğın riski isə əlavə təhlükə yaradır.

Əslində batareya və avtomobil istehsalçıları bu prosesi təhlükəsiz şəkildə həyata keçirmək üçün ən uyğun tərəflərdir. Çinli avtomobil markaları geri dönüşüm xidmətləri təklif etsələr də, qeyri-qanuni bazarın cəlbediciliyi prosesin sağlam və nəzarətli şəkildə aparılmasını çətinləşdirir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri