Icma.az
close
up
RU
7 min il yaşı olan sirli “yadplanetli” tapıldı: Alimlər şokda

7 min il yaşı olan sirli “yadplanetli” tapıldı: Alimlər şokda

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Küveytdə aparılan qazıntılar zamanı minlərlə il əvvələ aid qəribə yadplanetlilərə bənzəyən gil heykəlcik aşkar edilib. 

Bu, onun necə meydana gəldiyinə dair arxeoloqlarda çaşqınlıq yaradıb.

“Cebheinfo.az” bu barədə “Fox News”-a istindən xəbər verir. 

Varşava Universitetinin yaydığı hesabatda deyilir ki, Küveyt-Polşa Arxeoloji Missiyasının tədqiqatçıları bu heykəlciyi Küveytin Subiyah bölgəsində arxeoloji sahə olan “Bəhra 1”-də tapıblar.

Alimlər artefaktı qazıntı zamanı əldə edilən “ən diqqətçəkən kəşflərdən biri” adlandırıb və onu “uzun kəllə sümüyü, maili gözləri və yastı burnu olan kiçik, incə işlənmiş gil baş” kimi qiymətləndiriblər.

Heykəlcik Tunc dövründən əvvəl olan qədim Mesopotamiyanın Ubeyd dövrünə aiddir. Arxeoloqların fikrincə, artefakt eramızdan əvvəl 6-cı minillikdə hazırlanıb. 

Varşava Universitetinin hesabatında qeyd edilir ki, oxşar Ubaid heykəlcikləri əvvəllər də tapılıb, lakin bu artefakt Fars körfəzində aşkar edilən ilk növdür.

Arxeoloqlar həmçinin ərazidə iki müxtəlif saxsı qab tapdıqlarını qeyd edərək, tapıntını Ubeyd dövrünün tədqiqi üçün “açar” adlandırıblar.

“Sahədə qazıntılar başlayandan bəri iki növ saxsı tapıldı: Mesopotamiyadan gəldiyi bilinən Ubeyd və “Coarse Red Ware” (CRW) kimi tanına, Ərəbistan yarımadasındakı ərazilərdən məlum olan tamamilə fərqli bir növ”, - deyə alimlərin hesabatında deyilir.

Tapıntılar təsdiqləyir ki, Ərəbistan yarımadasındakı ən qədim və ən böyük məlum yaşayış məskənlərindən biri olan “Bəhra 1” həm də Fars körfəzində məlum olan ən qədim saxsı istehsal sahəsidir.

Qazıntılar zamanı saxsı qabların hazırlanması zamanı gilə əlavə edilmiş kiçik bitki parçaları da aşkar edilib. Alimlər həmin dövrdə yerli flora haqqında məlumat əldə etmək üçün bitki materialının arxeobotanik analizini aparacaqlar.

İlk təhlillər yerli istehsal olunan saxsı qablarda yabanı bitkilərin, xüsusən də qamışların, xaricdən gətirilən Ubeyd qablarında isə arpa və buğda kimi dənli bitkilərin qalıqları aşkar edilib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see115

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri