Icma.az
close
up
RU
7 oktyabr böhranı: İsrail ordusunda onlarla general qovulacaq

7 oktyabr böhranı: İsrail ordusunda onlarla general qovulacaq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail ordusu, HƏMAS-ın 7 oktyabr “Əqsaya Tufan” hücumunun qarşısını ala bilmədikləri üçün onlarla komandanı vəzifədən kənarlaşdırdı, çox sayda yüksək rütbəli hərbçinin də işinə son veriləcək.

Sherg.az xəbər verir ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir, 7 oktyabr hücumunun qarşısını almaqda uğursuz olduqları səbəbilə çox sayda yüksək rütbəli hərbi rəsmisinin vəzifədən çıxarılacağını açıqlayıb.

AFP-nin xəbərinə görə Zamir, aparılan istintaqdan sonra verdiyi açıqlamada, “İsrail dövlətinin mülki vətəndaşlarını qorumaq üçün” daha əvvəl də çoxlu sayda yüksək rütbəli komandanın qovulduğunu və cəzalandırıldığını bildirib.

İsrail mediası "İ24"-ün məlumatına görə Zamirin ilk diqqət mərkəzi hücum günü kilid mövqelərdə olan zabitlər olacaq; daha aşağı rütbəli şəxslərlə görüşlər isə sonra keçiriləcək.

Şənbə günündən etibarən Baş Qərargah rəisinin illərin ən ölümcül təhlükəsizlik boşluqlarından birinə səbəb olan zəifliklərdə məsuliyyəti müəyyən etmək məqsədilə başlatdığı proses çərçivəsində bir sıra yüksək rütbəli komandan ifadəyə çağırılıb və mümkün intizam tədbirləri müzakirə olunur.

Ehtiyat general Sami Turqemanın rəhbərlik etdiyi Turqeman Komissiyası, nəticələrini noyabr ayının əvvəlində general Zamirə və Baş Qərargah Forumuna təqdim edib. Hesabatda belə sərt ifadəyə yer verilib: 7 oktyabr hadisələri “bir neçə ilə yayılan sistemli və təşkilati uğursuzluqların” nəticəsi idi.

Daha da narahatedici məqam komissiyanın hücumdan əvvəl İsrail Ordusunun (IDF) yüksək keyfiyyətli və əməliyyata çevrilə bilən kəşfiyyat məlumatına sahib olduğunu bildirməsi idi. Hesabata görə HƏMAS-ın hücumu “məlumat çatışmazlığından qaynaqlanmamışdı”.

Qeyd edək ki, HƏMAS, onilliklərdir davam edən İsrail işğalı və hücumlarına cavab olaraq 7 oktyabr 2023-cü ildə İsrailə qarşı “Əqsaya Tufan” adını verdiyi əməliyyatı başladıb. Hücumlar zamanı 1200 nəfər həyatını itirib. 251 israilli girov götürülərək Qəzzaya aparılıb.

Bu əməliyyatdan sonra İsrailin güclü bombardmanları ilə Qəzza zolağında soyqırım başladığı bildirildi. İşğal həm Qərb sahilində, həm də Qəzzədə genişləndi.

İsrail həmin tarixdən bəri təkcə bombalarla deyil, xüsusilə uşaqları hədəf alan sistemli aclıqla da fələstinlilərə qarşı müharibə aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri