7 ölkə İrana görə İstanbulda toplaşır kritik görüş
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avqustun 30-da İstanbulda İranla bağlı mühüm görüş keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Görüşdə Avropa İttifaqının “üçlüyü”nün - Böyük Britaniya, Almaniya və Fransanın, həmçinin Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Danışıqların keçirilməsi təşəbbüsü Almaniya və Türkiyə tərəfindən irəli sürülüb.
Görüş zamanı, digər məsələlərlə yanaşı, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi yolları və regionda təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.
İştirakçı ölkələr görüşün ABŞ-a İranla danışıqları davam etdirməyin zəruriliyi ilə bağlı siqnal olacağını gözləyirlər.
DPA-nın məlumatına görə, görüşün gündəliyinə Qara dənizdəki vəziyyət və Ukrayna taxılının ixracı məsələsi də daxil ediləcək.
Baxış sayı:84
Bu xəbər 28 Avqust 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















