7 türkiyəli tanınmışın əmlakı müsadirə olundu FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul Baş Prokurorluğu məşhurların da daxil olduğu böyük narkotik əməliyyatı çərçivəsində yeddi şəxsin bütün əmlakı müsadirə edib.
Milli.Az xəbər verir ki, Kasım Garipoğlu, Fatih Garipoğlu, Burak Ateş, Ayşegül Şeynova, Gökmen Kadir Şeynova, Mert Vidinli və Ezgi Fındık malları müsadirə olunub.
Şübhəlilər haqqında narkotik vasitələrin istehsalı və satışı, əxlaqsızlığa təhrik və vasitəçilik kimi cinayətlər üzrə həbs qərarı var və onların hazırda xaricdə olduğu müəyyən edilib.
Əməliyyat zamanı Kasım Garipoğlu Sarıyerdəki evində axtarış aparılıb. Evdən bir ədəd lisenziyalı tapança, bir ədəd hava tapançası, 8 ədəd narkotik həbi, 4 parça kristal narkotik, 51 ədəd narkotik ehtimal olunan kapsul, 5 ədəd likit, narkotik istifadə alətləri və saxta pullar tapılıb.
Qeyd edək ki, bir müddət əvvəl əməliyyat çərçivəsində İrem Sak, Danla Bilic, Aleyna Tilki və Mümine Senna Yıldız ifadə vermək və qan, saç nümunəsi vermək üçün saxlanmış, sonra sərbəst buraxılmışdılar.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 31 Dekabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















