Icma.az
close
up
RU
70 ci dəfə həftənin ən yaxşısı sayıldı

70 ci dəfə həftənin ən yaxşısı sayıldı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

MBA-da müntəzəm çempionat aprelin 13-də başa çatdı və siz aşağıda yekun turnir cədvəli ilə tanış ola bilərsiz.

"Football-plus.az" xatırladır ki, Qərb konfransından pley-offa “Oklahoma-Siti”, “San-Antonio”, “Denver”, “Leykers”, “Hyuston” və “Minnesota”, pley-inə isə “Finiks”, “Portlend”, “Klippers” və “Qolden Steyt” vəsiqə qazanıb.
Şərq konfransından “ Detroyt”, “Boston”, “Nyu-York”, “Klivlend”, “Toronto” və “Atlanta” pley-offda, “Filadelfiya 76”, “Orlando”, “Şarlott” və “Mayami” pley-ində oynayacaq.
Aprelin 14-15-də pley-in oyunları da keçirilib. “Mayami”yə qalib gələn “Şarlott” “Filadelfiya” – “Orlando” oyununun məğlubu ukə pley-offa vəsiqə uğrunda oynayacaq. “Finiks”ə qalib gələn “Portend” pley-offun ilk mərhələsində “San-Antonio” ilə qarşılaşacaq. “Finiks” pley-ində “Qolden Steyt”lə oynayacaq. Çünki bu komanda da “Klippers”ə qalib gəldi. “Orlando”ya qalib gələn “Filadelfiya 76” da pley-offa adladı. “Orlando” isə bu hüquqa yiyələnmək üçün “Şarlott”u məğlub etməlidi.
Bu arada Dok Rivers “Miluoki”nin baş məşqçi vəzifəsini tərk edib. Klub ona 2026/27 mövsümü üçün maaşını da ödəyəcək. Hazırda klub rəhbərliyi ilə 64 yaşlı mütəxəssis onun məsləhətçi vəzifəsini tutması variantını müzakirə edir. Komanda Riversin rəhbərliyi altında keçirdiyi son üç mövsümdə 97 qələbə qazanıb, 103 oyunda uduzub və iki dəfə pley-offun ilk mərhələsində mübarizəni dayandırıb. “Miluoki” bu mövsüm pley-offa vəsiqə qazana bilməyib.
“Leykers”in forvardı Lebron Ceyms MBA-nın 2025/26 mövsümünün son həftəsinin ən yaxşı oyunçusu sayılıb. “Gölməçəsevərlər” son həftədə keçirdiyi 5 oyunun üçündə qalib gəlib. Forvardın bu oyunlardakı orta göstəricisi 24 xal, 9,7 ötürmə və 6 ribaunddan ibarətdi. 41 yaşlı Lebron karyerasında 70-ci dəfə həftənin ən yaxşısı sayılıb.
14 aprel
Finiks – Portlend 110:114 (33:31, 29:34, 20:18, 28:31)
Şarlott – Mayami 127:126 ОТ (26:24, 26:30, 37:29, 25:31, 13:12)
15 aprel
Klippers – Qolden Steyt 121:126 (31:22, 30:31, 28:30, 32:43)
Filadelfiya 76 – Orlando 109:97 (28:24, 31:31, 20:19, 30:23)
Qərb konfransı
1 2 3 4 5

1. Oklahoma-Siti 82 64 18 9760-8846 78
2. San-Antonio 82 62 20 9826-9145 76
3. Denver 82 54 28 10010-9588 66
4. Leykers 82 53 29 9540-9396 65
5. Hyuston 82 52 30 9449-9021 63
6. Minnesota 82 49 33 9676-9401 60
7. Finiks 82 45 37 9232-9112 55
8. Portlend 82 42 40 9469-9493 51
9. Klippers 82 42 40 9329-9236 51
10. Qolden Steyt 82 37 45 9398-9444 45
11. Nyu-Orlean 82 26 56 9473-9842 32
12. Dallas 82 26 56 9358-9810 32
13. Memfis 82 25 57 9403-9896 30
14. Sakramento 82 22 60 9102-9922 27
15. Yuta 82 22 60 9642-10333 27
Şərq konfransı
1. Detroyt 82 60 22 9657-8988 73
2. Boston 82 56 26 9418-8787 68
3. Nyu-York 82 53 29 9549-9030 65
4. Klivlend 82 52 30 9801-9464 63
5. Toronto 82 46 36 9400-9168 56
6. Atlanta 82 46 36 9714-9516 56
7. Filadelfiya 76 82 45 37 9502-9517 55
8. Orlando 82 45 37 9491-9439 55
9. Şarlott 82 44 38 9513-9117 54
10. Mayami 82 43 39 9911-9720 52
11. Miluoki 82 32 50 9072-9581 39
12. Çikaqo 82 31 51 9537-9964 38
13. Bruklin 82 20 62 8686-9505
14. İndiana 82 19 63 9219-9874 23
15. Vaşinqton 82 17 65 9258-10240
Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – məğlubiyyət, 4 – xal fərqi, 5 – qələbə faizi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Aprel 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri