Icma.az
close
up
RU
“70 ildir yaşadığımız ev əlimizdən alınır” Hakimə bağışlanıbmış Video

“70 ildir yaşadığımız ev əlimizdən alınır” Hakimə bağışlanıbmış Video

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı sakini mülkiyyətçisi olduğu evin məhkəmə hakimi tərəfindən zorla əlindən alındığını iddia edir.

“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 27 ünvanında yaşayan Riyad Kərimov “Xəzər Xəbər”ə müraciət edib.

O bildirib ki, 70 ildən artıq atasının və özünün məskunlaşdığı evə 2011-ci ildə rəsmi qaydada çıxarış əldə edib. O, çıxarışı əldə edərkən məlum olub ki, ev 1998-ci ildə Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovaya bağışlanılıb. Şikayətçi bildirir ki, evinin ondan əlavə digər şəxsə bağışlanılmasından məlumatsız olub. Məsələnin həll olunması ilə bağlı məhkəmə həyata keçirilsə də, Xumar Mərdanova prosesdə iştirak etməyib və evə dair iddiası olmadığını bildirib.

R.Kərimovun sözlərinə görə, həmin ev yeni bina tikintisi məqsədilə plana düşüb. Elə bundan sonra da Xumar Mərdanova 2023-cü ildən evi əldə etmək üçün iddia qaldırıb və qısa müddət ərzində onlara evdən çıxmalı olduqları bildirilib.

Səsləndirilən iddialarla bağlı Xumar Mərdanovanın vəkili Vasif Hüseynov bildirib ki, sözügedən mübahisəli əmlak 1947-ci ildə Püstə Həsənovanın mülkiyyətində olub: “Həmin əmlakı 1999-cu ildə yaxın qohumu Xumar Mərdanovaya notarial qaydada bağışlama müqaviləsi əsasında bağışlayıb. Fərdi yaşayış evinə Xumar xanımın mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmaqla, müvafiq çıxarışla rəsmiləşdirilib”.

Vəkil həmçinin qeyd edib ki, şikayətçi ailəyə evin dəyərindən artıq kompensasiya təklif olunub: “Saləddin Kərimov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini özü iddia ərizəsində mübahisəli fərdi yaşayış evinin 108,79 kvadrat metri yaşayış və 15,81 kvadrat metr həyətyanı sahəsi olan fərdi yaşayış evinin 12,2 hissəsinə çıxarışın ləğv edilməsini, qeyd edilən ölçüdə olan 12,2 hissəyə dair alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş edib. Saləddin Kərimovun iddia tələbi ləğv edilib, Xumar xanımın qarşılıqlı iddia tələbi təmin edilərək kompensasiya ödənilməklə Saləddin Kərimov və ailə üzvlərinin mənzildən çıxarılması qət edilib”.

Sözügedən məhkəmə mübahisəsi üzrə Ali Məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilib.

Sənəddə qeyd olunub ki, 1947-ci ildən Püstə Həsənovanın mülkiyyətində olmuş mübahisəli əmlak 1975-ci ildə onun vəfatından sonra vərəsəlik üzrə Nərgiz Kazakovanın mülkiyyətinə keçib və sonuncu həmin əmlakı 1999-cu ildə notarial qaydada qohumu Xumar Mərdanovaya bağışlayıb.

“Hazırkı iş üzrə şikayətçi Salədin Kərimov həmin fərdi yaşayış evində 1973-cü ildən ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşasalar da, həmin əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədləri olmayıb.

X.Mərdanovanın mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qaldırdığı tələb təmin olunaraq, Kərimovlar ailəsinin kompensasiya ödənilməklə yaşayış sahəsindən çıxarılmaları qət edilib. Kərimovlar ailəsinin həmin sahədə uzun müddət yaşamaları və etdikləri yaxşılaşdırmalar nəzərə alınaraq, onlara ödənilməli kompensasiyanın məbləği yüksək həcmdə - 92 500 manat məbləğində müəyyən edilib.

Əlavə olaraq qeyd edilməlidir ki, hakim Xumar Mərdanovanın Bakı Apellyasiya Məhkəməsində işlədiyi nəzərə alınaraq, hazırkı işə apellyasiya instansiyası qismində Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Göründüyü kimi, mülki mübahisə hakimin xidməti vəzifələrinin icrası ilə əlaqədar deyil, bir vətəndaş kimi onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olub” .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri