70 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 70 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Kollegiyanın üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 3 iyun – 30 sentyabr tarixlərində imtahanın şifahi müsahibə mərhələləri keçirilib.
Müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 88 vəkilliyə namizəd iştirak edib.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi oktyabrın 5-i saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:88
Bu xəbər 01 Oktyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















