Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

700 balın sirri: Niyə maksimum nəticə yoxdur?

700 balın sirri: Niyə maksimum nəticə yoxdur?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edir. Bu imtahanlarda ən yüksək nəticə -700 bal hər kəsin çatmaq istədiyi, lakin çox az adamın əldə edə bildiyi bir zirvədir. Qəbul imtahanlarında 700 bal toplamaq - bütün suallara düzgün cavab vermək, səhvsiz cavablandırma və maksimum nəticə deməkdir. 700 bal toplamaq üçün güclü hazırlıq, dəqiq biliklər və davamlı zəhmət lazımdır.

Bu, təkcə bilik deyil, həm də düzgün psixoloji hazırlıq və vaxtın idarə olunması bacarığı tələb edir. Bu nəticəyə çatanların çoxu illərlə kurslara, sınaq imtahanlarında iştirak etmiş və fənn müəllimlərinin dəstəyi ilə hazırlaşmış olur. Bu imtahanın maksimum nəticəsi -700 bal abituriyentlərin böyük əksəriyyəti üçün bir məqsəd, bir ideal və bir motivasiya mənbəyidir. Lakin bəzən elə illər olur ki, heç bir abituriyent bu maksimal nəticəyə nail ola bilmir. Məsələn, 2021 və 2023-cü ildə 700 bal toplayan olmayıb. Bu isə cəmiyyətdə, təhsil ictimaiyyətində suallar doğurur: Niyə 700 bal toplayan olmadı? Bu nə ilə bağlıdır?

DİM hər il imtahan suallarının çətinlik səviyyəsini müəyyən bir balansla tənzimləyir. Lakin bəzi illərdə suallar daha kompleks məntiqi yanaşma tələb edir, mövzular daha dərin və çoxşaxəli olur. Açıq tipli tapşırıqlarda qiymətləndirmə daha sərt aparılır. Bu isə o deməkdir ki, kiçik bir səhv belə 700 balın qarşısını ala bilər.

İmtahan təkcə bilik yox, həm də psixoloji davamlılıq imtahanıdır. Ən savadlı abituriyent belə imtahan zalında həyəcanlana, vaxtı düzgün idarə edə bilməyə, tələsik qərar verə bilər. Bu, insan üçün çox çətin və incə balans tələb edən bir şeydir. Bəzən abituriyent düzgün cavabları seçsə belə cavab vərəqində səhv kodlaşdırır, sualları nömrə ilə səhv qeyd edir. cavabı köçürərkən diqqətsizlik edir. Bu texniki səhvlər bütün fənnin nəticəsinə təsir edə bilər və 700 balın qarşısını alar.

DİM-in bal bölgüsü sistemində bir neçə vacib nüans var. Açıq tipli suallar yalnız tam düzgün cavablandıqda bal verilir, Çoxseçimli suallarda 1 doğru cavab unudularsa, bütün sual səhv sayılır, bir səhv sual 7-10 bal itkisinə səbəb ola bilər. Yəni, bircə səhv – sizi 700 baldan 690-a endirə bilər.

Bəzi illərdə abituriyentlərin ümumi hazırlıq səviyyəsi 690-695 bal ətrafında dayanır. Bu isə göstərir ki 700 bal üçün bir az daha artıq diqqət, daha sistemli hazırlıq və psixoloji möhkəmlik tələb olunur.

Sınaqlarda 700 bal toplayanlar çox olsa da, real imtahanda həmin nəticəni təkrar etmək çətindir.

Ekspertlərin fikrincə, abituriyentlərin maksimum nəticə göstərə bilməməsinin əsas səbəbi imtahan suallarının məktəb proqramına əsasən tərtib olunmamasıdır. İmtahan sualları orta məktəb proqramı əsasən tərtib olunmalıdır. İmtahanlar da abituriyentlərin real bilik və bacarıqlarının qiymətləndirilməsi fonunda aparılmalıdır. Qəbul imtahanlarında dərsliklərdəki proqramlardan istifadə olunmadıqca göstəricilərin aşağı düşməsi normaldır.

Təhsil eksperti Elçin Əfəndi deyir ki, son dövrlər qəbul imtahanlarında 700 bal toplayanlar yoxdu. Bunun səbəbi 2019-cu ildən etibarən imtahanlarının kurikulum sistemi əsasında keçirilməsidir. Burada situasiya tipli açıq suallar öz əksini tapır və şagirdlər bu zaman maksimum nəticə əldə edə bilmirlər. Ancaq kurikulumdan əvvəl - 2018-ci il qəbul imtahanlarında 29 nəfər maksimum nəticə əldə etmişdi: "Dövlət İmtahan Mərkəzi  imtahan suallarının səviyyəsini hər il sadə, orta və çətin olmaqla eyni təyin edir. Bu il də eyni meyarlar əsasında imtahan keçirilir. Ancaq qəbul imtahan sisteminin dəyişdirilməsi yüksək bal toplayanların sayının azalması ilə nəticələnir”.

Ekspert hesab edir ki, imtahan suallarının çətin olması da nəticələrə təsir göstərir: "Buraxılış imtahanı strateji imtahandır. Buraxılış imtahanında əldə olunan nəticə əsasında abituriyentlər ali təhsil müəssisələrinin 1, 2, 3 və 4-cü qrupu üzrə maksimum 300 bal toplayırlar. Eyni zamanda bu imtahanın nəticəsi əsasında​ 5-ci ixtisas qrupu üzrə müvafiq olaraq qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edirlər. Bundan əlavə, abituriyentlər 11 illik təhsil bazasından kolleclərə məhz bu imtahan əsasında qəbul olunurlar".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə , elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilirlər. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700 ballılar" yüzlərlə olsunlar. Buraxılış və qəbul imtahanlarında təqdim olunan suallar ildən-ilə çətinləşdirilir. Nəzər yetirəndə görürsən ki, elə test sualları var ki, abituriyent illərlə hazırlaşsa da, onu cavablandıra bilməz. İmtahan sualları elə tərtib edilməlidir ki, abituriyentlər onu cavablandıra bilsinlər:

"Ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test suallarını orta məktəbi yeni bitirən şagird əsla cavablandıra bilməz. Çünki suallar çox çətindir. Bu sualları ancaq peşəkar müəllimlər cavablandıra bilər. Bu səbəbdən də ildən-ilə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı azalır, aşağı bal toplayanların sayı artır. Bunu nəzərə alıb imtahana düşən test suallarının çətinlik səviyyəsini azaltmaq yerinə, onlar ildən-ilə daha da çətinləşdirilir. Elə bil ki, DİM qəbul imtahanlarına abituriyentin cavab vermək iqtidarında olmadığı çətin sualları seçib onları çıxılmaz vəziyyətə salmağı qərşısına məqsəd qoyub. Hesab edirəm ki, qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur. Mən həmişə demişəm, yenə də deyirəm, ali məktəblərə qəbul imtahanları ləğv olunmalıdır. Yox əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Seçim aparmaq üçün yüngül test keçirmək olar. Ağır imtahan sualları tərtib edib abituriyentləri gərginlik yaşamağa vadar etmək doğru deyil. Bu məsələlər gənclərin əsəblərini korlayır, bütün bunlara son qoymaq lazımdır”.

Təhsil eksperti Etibar Əliyev bildirib ki, doğrudur, artıq 700 bal toplamaq bir mifə çevrilib. Lakin 0-200 bal toplayanların sayı ilə 500-700-ə qədər bal toplayanların sayı arasındakı müqayisə zamanı təhsilin keyfiyyətini qismən dəyərləndirmək olar. Abituryentlərin 30 faizi aşağı nəticə göstəribsə, bu nəticə 500-700 bal toplayanlardan kəskin fərqlənirsə, keyfiyyətə diqqət çəkə bilərik.

E.Əliyev hesab edir ki, son illər Dövlət İmtahan Mərkəzinin açıq tipli test tapşırıqları 700 bal toplayanların sayına öz təsirini göstərib: "İndiyə qədər abituriyyentlərin böyük hissəsi açıq tipli test tapşırıqlarına adaptasiya olmayıb. Bunun özü bir faktor kimi ortaya çıxır. Digər tərəfdən, məktəbin gücü ilə yanaşı repetitorların da gücünü qiymətləndirmək lazımdır. Mənim müşahidələrimə görə, repetitor təhsilinin effektivliyi də get-gedə aşağı düşür. Müşahidə edirik ki, şagirdlər 2-3 il dərsdən sonra fərdi olaraq müəllim yanına gedirlər, amma ümumilikdə 100-200 bal toplayırlar. Bu üç faktoru nəzərə almaq lazımdır”.

Təhsil ekspert Kamran Əsədov da hesab edir ki, suallar kifayət qədər çətindir: "Açıq tipli suallarda ciddi çətinliklər var idi. Mətn tipli sualın həcmi kifayət qədər geniş idi və müəyyən olunmuş imtahan vaxtı çərçivəsində bu suallara cavab vermək çətin idi”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarının sualları hamının cavab verə bilməsi üçün nəzərdə tutulmayıb: "699 bal toplayanla 700 bal toplayan eyni səviyyədə olan uşaqlardır. Ümumiyyətlə, 600, 650 baldan yuxarı nəticə göstərən uşaqlar arasında pedoqoji cəhətdən heç bir fərq yoxdur. Ola bilər ki, hansısa bir materialla əlaqədar nəyisə bilməyib və ya səhv buraxıblar. Buna görə maksimum nəticə olmayıb. Biz burada heç bir problem görmürük. Problem orta statistik abituriyentin nəticəsinin aşağı olmasıdır. Çətin suallara 25-30 faiz kontingent cavab verirsə, deməli suallar işləyir. Onsuz da bu suallar hər kəsin cavab verə bilməsi üçün nəzərdə tutulmayıb".

Mənbə: Azedu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 İyul 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri