Icma.az
close
up
RU
700 milyon dollarlıq layihə YEKUNLAŞDI Raketə bənzəyir

700 milyon dollarlıq layihə YEKUNLAŞDI Raketə bənzəyir

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərakeşin paytaxtı Rabatın kənarında ölkənin ən hündür göydələni - King Mohammed VI Tower rəsmi fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Bu bina müasir Mərakeşin ən diqqətçəkən memarlıq, siyasi və iqtisadi simvollarından biri hesab olunur.
Təxminən 700 milyon dollara başa gələn layihənin tikintisi 8 ilə yaxın davam edib. Hazırda bina Rabatla Sale şəhərini ayıran Bu-Regreq çayı vadisində dominant mövqe tutur.
Göydələnin hündürlüyü 250 metrdir və 55 mərtəbədən ibarətdir. Bildirilir ki, bu, sadəcə ofis kompleksi deyil, ölkənin yeni biznes və mədəniyyət mərkəzinə çevrilmək iddiası daşıyan çoxfunksiyalı layihədir.
 

Məlumata görə, qüllənin ideya müəllifi mərakeşli maliyyəçi və milyarder Osman Bencellundur. Layihənin müəllifləri onun Apollo proqramında istifadə edilən Saturn V raketinin formasından ilhamlandığını bildirirlər. Məhz bu uzun və zirvəyə doğru daralan siluet binanın tanınan dizaynını formalaşdırıb.


Layihə Rafael de La-Hoz Arquitectos və Hakim Benjelloun memarlıq büroları tərəfindən hazırlanıb.
Göydələnin ilk mərtəbələrində artıq 55 otaqlı Waldorf Astoria oteli fəaliyyətə başlayıb. Bu otel brendin dünyada “ən kompakt” oteli kimi təqdim olunur.
Binanın yuxarı hissələrində ofis sahələri, incəsənət qalereyası və satışa çıxarılan 30 mənzil yerləşir. Ofislərin əhəmiyyətli hissəsinin Bencellunla əlaqəli şirkətlər tərəfindən istifadə ediləcəyi bildirilir.
Layihə sahibkarla əlaqəli maliyyə qurumlarının, o cümlədən Bank of Africa və sığorta qrupu RMA-nın nəzarətində olan O Tower strukturu tərəfindən həyata keçirilir.
Göydələn hazırda ətrafdakı düzənlik fonunda demək olar ki, tək dayanır. Bununla belə, hakimiyyət artıq ətraf ərazinin genişmiqyaslı inkişafını planlaşdırır.
Qüllənin 55-ci mərtəbəsindəki müşahidə meydançasından Rabat və Sale şəhərlərinə, eləcə də mərhum memar Zaha Hadidin layihələndirdiyi məşhur Kral Teatrına panoramik mənzərə açılır.
 

Hakimiyyət bu qülləni paytaxtın mədəni və biznes mərkəzinə çevrilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirir. Bildirilir ki, Rabat tədricən “sakit inzibati paytaxt” imicindən uzaqlaşaraq muzeylər, qalereyalar və iri infrastruktur layihələri şəhərinə çevrilir.


Layihənin rəmzi əhəmiyyəti ölkənin ümumi iqtisadi yüksəlişi fonunda daha da artır. Mərakeş artıq Afrikanın ən çox ziyarət olunan ölkəsidir. Ötən il ölkəyə təxminən 19,8 milyon turist səfər edib.
2030-cu il futbol üzrə dünya çempionatı ərəfəsində isə ölkəyə marağın daha da artacağı gözlənilir. Mərakeş həmin mundialı İspaniya və Portuqaliya ilə birlikdə keçirəcək.
 

Qeyd olunur ki, qüllənin inşası COVID-19 pandemiyası və Ukraynadakı müharibənin nəticələri kimi qlobal sarsıntılar dövrünə təsadüf edib.Layihə nümayəndələrinin sözlərinə görə, bu səbəbdən tikinti xərcləri ilkin büdcə ilə müqayisədə təxminən 40 faiz artıb.


Buna baxmayaraq, King Mohammed VI Tower artıq sadəcə göydələn deyil, Mərakeşin regionda yeni rol iddiasının simvolu kimi dəyərləndirilir.
Bu rol maliyyə gücünü, memarlıq ambisiyasını və texnoloji tərəqqi simvolikasını bir obyekt üzərində birləşdirməyə yönəlib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Aprel 2026 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri