Icma.az
close
up
RU
7000 il əvvəlin unikal artefaktları tapılıb

7000 il əvvəlin unikal artefaktları tapılıb

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İspan mağarasından unikal Neolit yayı və oxlar tapılıb. Bu tapıntı barədə ispaniyalı alimlər xəbər veriblər.
Reyting.az
-ın məlumatına görə, İspaniyada çox məşhur olan və dünyanın ən qədim abidələrindən biri sayılan "Yarasalar mağarası"-ndan yerli arxeoloqlar tarixi yaşı 7000 il olan unikal artefaktlar aşkar ediblər.
Barselona Muxtar Universitetinin (UAB) tədqiqatçıları tərəfindən aşkar edilən bu tapıntılar arasında Avropanın ən qədim yayları, yaxşı qorunub saxlanılmış, əllərin içinə rahat yerləşmək üçün ovucları olan oxlar, həm də heyvanların sümüklərindən hazırlanmış ən qədim yay ipləri var.
Alimlərin fikrincə, bu nadir tapıntı Neolit dövründə ov məqsədilə düzəldilmiş ovçu yay-oxlarının necə hazırlandığını, həm də belə çətin şəraitdə olmasına baxmayaraq, qeyri-adi şəkildə qorunma səbəblərini və qədim ustaların silah düzəltməkdən ötrü istifadə etdiyi materialları, arxaik üsulları öyrənməyə imkan yaradıb.
Tədqiqatçılar bildiriblər ki, həmin dövrdə yaşayan insanlar yayları əsas üç növdən olan vəhşi heyvanların, cüyürün, keçinin, eləcə də çöl donuzunun sümüklərindən hazırlayıblar.
Daha sonra hazırlıq mərhələsində balistik səmərəliliyi daha da artırmaq məqsədilə zeytun ağacından, söyüddən, qamışdan hazırlanmış oxlar ölçülüb. Onların səthi ağcaqayın qabığından termal olaraq əldə edilən küknar qatranı ilə örtülüb.
Bu günə qədər gəlib çıxmış ox üzərindəki tükləri tarixdən əvvəlki ovçuların yüksək məharətindən xəbər verir. Beləliklə, bu yeni fədqiqat ox hazırlamaq üçün əsasən qamışdan istifadə ilə bağlı uzun müddət mövcud olan fərziyyələri bir daha təsdiq edir.
"Bu texnika bizə təcrübəli oxatanlar üçün ideal olan güclü və çevik kaman simlərini yaratmağa imkan verdi",- deyə Barselona Muxtar Universitetinin professoru Rakel Pike bildirib.
"Yarasa mağarası" ərazisində kəşf edilmiş qədim materialların və texnologiyaların unikal kombinasiyası Avropada yaşamış neolit icmalarının inkişafı ilə bağlı müasir elmdə yeni araşdırmaların olacağından xəbər verir. Yeni və elm üçün nadir hesab edilən bu kəşflər mahiyyətinə görə, dövrün müasir anlayışını üstələyən qabaqcıl texnika, sənətkarlıq səviyyəsinə dair növbəti tədqiqatların mövzusuna da çevrilə bilər.
"Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə qeyd edilir ki, zeytun ağacı, qamış və ağcaqayının qatranından istifadə olunması əcdadlarımızın yüksək bacarıqlarını, eləcə də 7000 il öncə malik olduqları texniki incəliyi, həm də peşəkar səviyyədə ovçular olmasını sübut edir.
İspaniya alimləri bildirirlər ki, mağaradan tapılan bu kamanın, oxların dünyanın ən qədim yay-oxu olduğuna qətiyyən şübhə etmirlər.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri