7.2 bal gücündə zəlzələ xəbərdarlığı edildi: bu şəhər dağılsa, bütün ölkə...
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli professor Süleyman Pampal İstanbulda zəlzələ ola bilmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən zəlzələ hərəkət planı işləri çərçivəsində Adanada Qırılma Xəttləri və Zəlzələ Paneli keçirilib.
Paneldən əvvəl zəlzələ mütəxəssisi, Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Süleyman Pampal “İhlas” agentliyinə açıqlama verib.
Gözlənilən İstanbul zəlzələsindən danışan professor 7 və daha yuxarı ballıq zəlzələnin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib:
“7 ilə 7,5 bal arasında zəlzələ gözləyirik. Təxminən 7,2 bal gücündə təkanlar olacaq. Bu, arzuolunan deyil, amma yuxarı və aşağı həddi nəzərdən keçirdikdə, kaş alt həddə yaxın olaydı. İstanbulun tikinti fondunu nəzərə alsaq, nəticə çox pis ola bilər. İstanbul dağılarsa, Türkiyə onun altında qalacaq. Hamımız qala bilərik. Biz İstanbul, Ankara, İzmir və Adana kimi şəhərləri ayırmadan bütün Türkiyəni zəlzələyə hazırlamalıyıq”.
Baxış sayı:108
Bu xəbər 21 Noyabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















