72 yaşlı qadın niyə plastik əməliyyat etdirsin?
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Firuzə İbadova iki aydır yataq xəstəsidir.
Axşam.az xəbər verir ki, sənətçinin qızı Hülya “1001 şou”ya açıqlamasında anasının səhhəti barədə danışıb. O, F.İbadovanın plastik əməliyyat etdirdiyi ilə bağlı iddialara da münasibət bildirib:
“Hazırda vəziyyəti stabildir. Həkimlər gözəl yardım edirlər. Yaş var, daxili orqanların durumu var. Problemi açmaq istəmirəm. İzzət Bağırov iki aydır hər gün danışır, ailəsi ilə gəlib baş çəkir.
Yazırlar ki, plastik əməliyyat etdirib. Xəstəxananın və polisin hər kəsin qapısında ola biləcəyini unudurlar. Firuzə İbadovanın vəziyyəti pisdir. 72 yaşlı qadına niyə plastik əməliyyat lazım olsun? Niyə artıq şeylər yazırsınız? Günah deyil? Anam onsuz da gözəldir, niyə plastik əməliyyat etsin?
Kim anam haqqında pis yazsa, polisə şikayət edəcəyik. 72 yaşında plastik əməliyyatı nə edəcək? Daxili orqanlarında problem var. Şəkər xəstəliyi var, ona görə yarası sağalmır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















