724 minlik körpü açılışda çökdü Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İndoneziyada təxminən 724 min dollara (təxminən 1,2 milyon manat) tikilən asma körpü açılış mərasimi zamanı gözlənilmədən çöküb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qərbi Yava əyalətinin Panqandaran bölgəsində yerləşən Marqaçinta kəndində baş verib.
Təxminən 60 metr uzunluğunda olan Ponqpet asma körpüsünün açılış mərasimi zamanı regional rəsmilər, hərbçilər və yerli sakinlər də daxil olmaqla 50-dən çox insan eyni vaxtda körpünün üzərinə çıxıb.
İzdiham körpüdən keçərkən dayaq kabellərindən biri əsas birləşmə nöqtəsindən ayrılıb. Bundan sonra konstruksiya bir tərəfə doğru əyilməyə başlayıb.
Yaranan panika zamanı bəzi insanlar körpüdən yıxılıb və yüngül xəsarətlər alıblar. Hadisə zamanı ölüm faktı qeydə alınmayıb.
Hadisədən sonra təhlükəsizlik məqsədilə körpünün istifadəsi dayandırılıb. Texniki yoxlama və təmir işlərinə başlanılıb.
Baxış sayı:70
Bu xəbər 02 Sentyabr 2026 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















