Icma.az
close
up
RU
7500 yaşı olan zəhər aşkar edilib

7500 yaşı olan zəhər aşkar edilib

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Afrikalı arxeoloqlar çox qədim dövrlərdə yaşamış insanların istifadə etdikləri 7500 il yaşı olan ov zəhəri aşkar ediblər.
Reyting.az
-ın məlumatına görə, bir müddət öncə Cənubi Afrikada fəaliyyət göstərən yerli arxeoloqlar tarixi qədim olan Kruqer mağarasını araşdıran zaman müasir elm aləmində yenilik sayıla biləcək unikal kəşfə imza atıblar.
Onlar sümük oxlarının qalıqlarını, həm də çoxkomponentli zəhərin olduğu 7500 illik sümük qutusu tapıblar.
Mütəxəssislərin apardıqları elmi təhlillər göstərir ki, bu qədim zəhərin tərkibində çox təhlükəli, həm də güclü təsirə malik kardiotoksinlər, diqitoxin və strofantidin, həmçinin tərkibində risin varlığını sübut edən risinoleik turşusu var. Bu maddələr isə qədim tayfaların mürəkkəb zəhərlərin hazırlanmasında yüksək biliyə malik olduğunu göstərir.
Bu yeni kəşf Cənubi Afrika qəbilələrinin böyük heyvanları ovlamaq, həmçinin öz düşmənlərindən qorunmaq məqsədilə zəhərlərdən istifadə etdiyini təsdiqləyir. Belə güclü təsiredici zəhərlərin tamamilə hazır hala gətirilib yaradılması prosesi isə məlum olduğu kimi, qədim bir ənənə kimi nəsildən-nəslə ötürülüb. Müdafiə və ov üçün istifadə edilən belə qarışıq tərkibli, etibarlı olduğu qədər də ölümcül, həmçinin istifadədə çox etibarlı olan mürəkkəb zəhərin necə hazırlandığı isə ancaq qəbilə üzvlərinə məlum olub, xüsusi sirr kimi qorunub.
Arxeoloqların fikrincə, tapıntının utilitar funksiyasına əlavə güc təlqin etmək məqsədilə dualar oxunanda hətta bu cür zəhərlər müəyyən şansı qazanmaqdan ötrü həmin ayinlərdə də istifadə olunub.
10.000 il əvvəl Cənubi Afrika qitəsindəki bu ərazilərdə məskən salmış insanların və hal-hazırda Cənubi Afrika Respublikasına aid olan ərazidə yaşamış qədim insanlara məxsus Kruqer mağarasından tapılan bu nadir nümunə, elmi kəşf tamamilə həmin dövrlərdəki tayfa həyatının və ənənələrin mühüm tərəflərini ortaya qoyur.
Mütəxəssislərin sözlərinə görə, yeni elmi kəşf və tutarlı sübut bir daha göstərir ki, belə ovçular, döyüşçülər, qədim dövr insanları yaşadıqları çətin mühitə uyğunlaşmaqla yanaşı, mürəkkəb texnologiyaları öyrənib sınaqdan keçirməyi və müəyyən şəraitdə savaş, ov məqsədilə istifadə etməyi belə məharətlə bacarıblar.
Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see547

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see525

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see502

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see406

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see341

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see325

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see323

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see254

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see253

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see228

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see227

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see220

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see197

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see186

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see186

Milli maraqlar naminə fövqəladə missiya

09 İyul 2026 00:54see175

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see172

Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09 İyul 2026 01:39see167

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see157

Birinci xanımlar Çankaya Köşkündə FOTOLAR

08 İyul 2026 22:48see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri