76 yaşlı Kadir İnanırın yeni görüntüləri yayıldı
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Məşhur aktyor Kadir İnanırın yeni görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay onu ziyarət edib.
Daha sonra sosial şəbəkə hesabında Kadirlə görüşdüyünü və 76 yaşlı aktyorun səhhətinin yaxşı olduğunu vurğulayıb.
"Bu gün kinomuzun ən dəyərlisi və sevimli dostum Kadir İnanarı ziyarət etdim. Onu sağlam, gülümsəyən görmək mənə sevinc verdi. Sevincimi sevdiklərimlə bölüşmək istəyirəm" -deyə keçmiş nazir qeyd edib.
Xatırladaq ki, Kadir İnanır bir müddət əvvəl səhhətindəki problemlərlə bağlı xəstəxanaya yerləşdirilmişdi. O hazırda fiziki müalicələr alır.
Onu da bildirək ki, Ərtoğrul Günay 2007- 2013-cü illərdə Türkiyənin mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.
Baxış sayı:79
Bu xəbər 12 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















