78 nəfərin öldüyü hotelin sahibi ifadə verdi: Nələri etiraf etdi?
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində 78 nəfərin həlak olduğu “Grand Kartal” hotelinin sahibi Halit Ergül ifadə verib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahibkarın özünü təmizə çıxarmaq üçün hoteldə işləyən aşpazı belə günahlandırdığı bildirilib.
O, ifadəsində hoteldə bəzi nöqsanlar olduğunu etiraf edib. Ergülün sözlərinə görə, sonuncu yoxlama ötən il dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılıb:
"Bu yoxlama zamanı əlillərlə bağlı otaqlarının qapılarında nöqsanlar aşkar edilib. Yanğınla bağlı hər hansı çatışmazlıq aşkar edilməyib".
Ergül hotelin 1998-ci ildə tikildiyini əsas gətirərək o dövrdə su çiləyici sistemə ehtiyac olmadığını xatırladıb. Onun sözlərinə görə, sonrakı yoxlamalarda çiləyici sistem qurmaqla bağlı heç bir tapşırıq verilməyib.
"Yanğın siqnalizasiya sistemi var idi. Lakin çox güman ki, yanğın başlayanda sistemdə texniki problem olub və işləməyib. Lakin tüstü detektorları işə salınıb”, - deyə hotel sahibi ifadəsində qeyd edib.
Xatırladaq ki, yanğın nəticəsində 78 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















