78 yaşlı baş məşqçi yenidən milli komandanı çalışdıracaq
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
78 yaşlı məşqçi Dik Advokat 2026 Dünya Çempionatında Çuraçao millisi ilə çalışacaq.
Sprtal.az xəbər verir ki, Fevral ayında Advokat qızının səhhətində yaranan problemlərə görə yığmadan ayrılmışdı.
"De Telegraaf" və digər Niderland KİV-lərinin məlumatına görə, Advokat yenidən öz postuna qayıdacaq. Qızının vəziyyəti yaxşılaşdığı üçün futbolçular və sponsorlar təcrübəli mütəxəssisdən geri dönməsini xahiş ediblər. Yığmanın sponsorları Advokat qarşısındakı bütün maliyyə öhdəliklərini öz üzərinə götürəcək.
Fred Rutten isə Advokatdan sonra Çuraçao yığmasına rəhbərlik etsə də, onun geri dönüşünə mane olmayacaq. Gözlənilir ki, Advokatın qayıdışı ilə bağlı rəsmi açıqlama çərşənbə axşamı veriləcək.
Daha əvvəl "Zenit" və Russiya millisi ilə çalışan Advokat 2024-cü ilin yanvarından Çuraçao millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 2026 Dünya Çempionatına vəsiqə qazanıb. Yığma turnirin qrup mərhələsində Almaniya, Ekvador və Kot-Divuar ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 12 May 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















