Icma.az
close
up
RU
787 nəfər Azərbaycan dili üzrə sertifikasiya imtahanı verdi

787 nəfər Azərbaycan dili üzrə sertifikasiya imtahanı verdi

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi tərəfindən ölkəmizdə ilk dəfə tətbiqinə hazırlıq görülən Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının (ADSİ) sınaq mərhələsi uğurla başa çatıb.

Bu barədə Axar.az-a DİM-dən məlumat verilib.

Sınaq imtahanı Azərbaycan dilinin xarici dil kimi qiymətləndirilməsi sahəsində milli ölçmə modelinin yaradılması istiqamətində aparılan ilk genişmiqyaslı metodoloji və texnoloji sınaq kimi xüsusi əhəmiyyət kəsb edir.

Sınaq prosesinə ümumilikdə 999 nəfər qeydiyyatdan keçib, onlardan 787 nəfər imtahanda iştirak edib. İmtahan tam şəkildə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış onlayn platformada keçirilib, namizədlərin Azərbaycan dili üzrə qrammatik və leksik dil bilikləri, dinləmə, oxu, danışma və yazı bacarıqları CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) standartlarına uyğun olaraq qiymətləndirilib. Bu yanaşma Azərbaycan dilinin ölçülməsində beynəlxalq təcrübənin tətbiqini təmin edib.

Sınaq mərhələsinin əsas məqsədi yeni imtahan modelinin məzmun, struktur və texnoloji komponentlərini real istifadəçi davranışları üzərindən sınaqdan keçirmək, tapşırıq növlərinin psixometrik göstəricilərini qiymətləndirmək və modelin geniş tətbiqinə qədər tələb olunan təkmilləşdirmə işlərini müəyyənləşdirmək olub. Sınaq nəticələrinin emalı artıq tamamlanıb və hər bir iştirakçının fərdi nəticəsi qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanına göndərilib. İştirakçılar şəxsi hesablarına daxil olaraq nəticələri ilə tanış ola bilərlər.

Qeyd etmək lazımdır ki, tətbiqi planlaşdırılan yeni sertifikasiya imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənənlər, bilik səviyyəsini rəsmi şəkildə təsdiqlətmək istəyənlər, eləcə də ölkəmizdə təhsil almaq və ya işləmək niyyətində olan xarici vətəndaşlar üçün nəzərdə tutulub. Sınaq nəticələri əsasında aparılacaq metodoloji təhlil və təkmilləşdirmələrdən sonra imtahan modelinin növbəti ildən tətbiqi nəzərdə tutulur. İmtahan nəticələrinə əsasən namizədlərə A1–C2 səviyyələrini əks etdirən, CEFR tələblərinə uyğunlaşdırılmış sertifikat təqdim olunacaq. Bu sertifikat Azərbaycan dili üzrə bilik və bacarıqları rəsmən təsdiq edən, təhsil, əmək bazarı, miqrasiya və digər sahələrdə istifadə oluna bilən etibarlı sənəd olacaq.

ADSİ layihəsinin hazırlanması Dövlət İmtahan Mərkəzinin ölçmə və qiymətləndirmə metodologiyası, imtahan texnologiyaları, tapşırıq hazırlığı və elektron qiymətləndirmə infrastrukturuna dair topladığı institusional təcrübəyə əsaslanır. Sınaq mərhələsində əldə olunmuş göstəricilər imtahan modelinin daha da təkmilləşdirilməsi üçün elmi əsaslı məlumat bazası yaradacaqdır.

Sınaq mərhələsində iştirak edən bütün şəxslərə təşəkkür edir, imtahanın gələcək tətbiqi prosesində onların iştirakının Azərbaycan dili üzrə sertifikasiya sisteminin formalaşmasına mühüm töhfə verdiyini bildiririk.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri