Icma.az
close
up
RU
79 yaşlı məşqçinin uğuru 6 oyunda 6 qələbə! İdman və Biz

79 yaşlı məşqçinin uğuru 6 oyunda 6 qələbə! İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Məşqçini göstər, deyim necə komandasan. 79 yaşlı Mirça Luçescu avqustda Rumıniya millisinin baş məşqçisi təyin olunub, payızda komanda C liqasının 2-ci qrupunda keçirdiyi altı matçın hamısında qalib gəlib.

İdman.biz xəbər verir ki, rumınlardan başqa hazırkı UEFA Millətlər Liqasında 100 faizli nəticə göstərən olmayıb.

B liqasında Çexiya, Ukrayna, Gürcüstan və Albaniyanın yer aldığı 1-ci qrupda gərgin mübarizə gedib. Liderlə autsayder arasında cəmi 4 xal fərqi olub. Çexiya yalnız son turdakı qələbə sayəsində ilk yeri tutub, Albaniya isə mənfi top fərqinə görə Gürcüstandan geri qalaraq sonuncu olub və C liqasına düşüb.

Bəs UEFA Millətlər Liqasında hansı sensasiya və məyusluqlar yaşanıb?
A liqasında, demək olar ki, gözlənilməz nəticələr qeydə alınmayıb. Yalnız Belçikanın (6 oyundan 4 xal), həmçinin cəmi 2 xalla liqanı tərk edən İsveçrənin zəif çıxışı diqqəti çəkir.

B liqasında yarışdan əvvəl reytinqinə görə 2-ci qrupda sonuncu mövqedə olan Yunanıstanın liderlik uğrunda İngiltərə ilə mübarizəsini (hərəyə 15 xal), Finlandiyanın isə, əksinə, bir xal belə toplaya bilməməsini qeyd etmək mümkündür.

Burada 4-cü qrupda da oxşar hal yaşanıb. Yarışdan əvvəl reytinqinə görə qrupda sonuncu mövqedə olan Türkiyə son turda gözlənilmədən autsayder Monteneqroya uduzaraq (1:3) liderliyi əldən verib və indi tarixində ilk dəfə A liqasına çıxmaq üçün pley-offda mübarizə aparmalı olacaq.

C liqasında da Azərbaycan millisi yarışdan əvvəl reytinqinə görə 1-ci qrupda ikinci sayılsa da, cəmi 1 xal toplayaraq sonuncu yeri tutub və ən aşağı – D liqasına düşüb.

Son illər inamlı çıxışı ilə diqqət çəkən Lüksemburqun burada qrupda sonuncu yeri tutması, Şimali Makedoniyanın isə uğurlu çıxışı (6 oyunda 15 xal) diqqəti çəkir.

Ən böyük sensasiyaya isə San Marino imza atıb. Son 20 ildə ilk dəfə qələbə qazanan cırtdan ölkə millisi sonra daha bir oyunda rəqibini məğlub edib, nəticədə qrup qalibi kimi birbaşa C liqasına yüksəlib.

UEFA Millətlər Liqasında A liqasının çempionluq yarışı, həmçinin digər liqalarda pley-off oyunlarının püşkü sabah atılacaq. Turnir 2025-ci ilin martından davam edəcək.

2026/27 UEFA Millətlər Liqasında kim harada çıxış edəcək?

A liqası: Almaniya, Çexiya, Danimarka, Fransa, Xorvatiya, İngiltərə, İspaniya, İtaliya, Niderland, Norveç, Portuqaliya, Uels.

A və ya B liqası: Avstriya, Belçika, Macarıstan, Serbiya, Şotlandiya, Türkiyə, Ukrayna, Yunanıstan.

B liqası: Bosniya və Herseqovina, İsrail, İsveç, İsveçrə, Polşa, Rumıniya, Şimali İrlandiya, Şimali Makedoniya.

B və ya C liqası: Bolqarıstan, Ermənistan, Gürcüstan, İrlandiya, İslandiya, Kosovo, Slovakiya, Sloveniya.

C liqası: Albaniya, Belarus, Kipr, Estoniya, Farer adaları, Finlandiya, Qazaxıstan, Moldova, Monteneqro, San Marino.

C və ya D liqası: Cəbəllütariq, Latviya, Lüksemburq, Malta.

D liqası: Andorra, AZƏRBAYCAN, Lixtenşteyn, Litva.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri