Icma.az
close
up
RU
79 yaşlı yumor ustası Yevgeni Petrosyan reanimasiyaya yerləşdirilib

79 yaşlı yumor ustası Yevgeni Petrosyan reanimasiyaya yerləşdirilib

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sənətçi öz karyerasına Azərbaycanın paytaxtı Bakıda başlayıb, atası APİ-də riyaziyyat müəllimi, anası evdar qadın olub..."

Rusiyanın xalq artisti Yevgeni Petrosyan mədə-bağırsaq qanaxması ilə Botkin xəstəxanasına yerləşdirilib. 

Moderator.az xəbər verir ki, bu barədə REN TV öz mənbələrinə istinadən məlumat yayıb.

Hazırda həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq üçün bütün səylərini səfərbər edib. Onu təcili əməliyyata hazırlayırlar, şok əleyhinə terapiya aparılır və qanaxmanın qarşısını almaq üçün tədbirlər görülür.

Petrosyanın daxili qanaxma ilə xəstəxanaya yerləşdirilməsi barədə ilk olaraq "REN TV" və "112" "Telegram" kanalı məlumat yayıb. Qısa müddət sonra SİTA agentliyinin mənbəsi də onun xəstəxanada ağır vəziyyətdə olduğunu təsdiqləyib.

"Yaxınları təcili tibbi yardım çağırıb, həkimlər isə onu xəstəxanaya yerləşdirib. Petrosyan şok vəziyyətində olan xəstələrin yerləşdirildiyi reanimasiyadadır. Həkimlər əməliyyat üçün onun vəziyyətini sabitləşdirməyə çalışır", - "112" kanalı yazıb.

Məşhur yumoristin beşinci həyat yoldaşı, 35 yaşlı Tatyana Bruxunova ərinin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib. Lakin o, Petrosyanın reanimasiyada və kritik vəziyyətdə olduğunu inkar edib.

Petrosyanın səhhəti ilə bağlı əvvəlki problemlər

Bu qanaxma sənətçinin ilk sağlamlıq problemi deyil. Yevgeni Vaqanoviç artıq bir neçə dəfə həkimlərin nəzarətində olub, lakin o, həmişə sakitliyini qoruyub və xəstəliklərini ictimaiyyətə açıqlamamağa çalışıb.

2023-cü ilin mayında mediada diş implantı əməliyyatından sonra reanimasiyaya düşməsi ilə bağlı xəbərlər yayılıb, lakin Petrosyan bunu təkzib edərək "Bunlar uydurmadır, mən qaydasındayam!" - deyib.

2018-ci ildə isə sənətçi ürək əməliyyatı keçirib və damar problemlərini həll etmək üçün stent qoydurub. Həkimlər ona səhhətinə daha çox diqqət etməyi, stressdən uzaq durmağı və özünü qorumağı tövsiyə edib. Lakin Petrosyan çox işləməyə davam edib, konsertlər və qastrollarını azaltmayıb.

2021-ci ildə verdiyi müsahibədə o, xroniki bel ağrılarından əziyyət çəkdiyini etiraf edib. Müalicə, masaj və fizioterapiya onun həyatının ayrılmaz hissəsinə çevrilsə də, bu problemdən tam qurtula bilməyib.

Yevgeni Petrosyanın yaradıcılığı

Yevgeni Petrosyan 1960-cı illərdən bəri yumoristik proqramlar aparır və "Smexopanorama", "Zarafat zarafat dalınca", "Əyri güzgü"  kimi televiziya şouları ilə məşhurlaşıb. "Petrosyan" soyadı zamanla memə çevrilib, çünki onun zarafatlarının keyfiyyəti barədə cəmiyyətin fikirləri birmənalı deyil. Əslində isə sənətçinin soyadı Petrosyantsdır.

O, 1945-ci il sentyabrın 1-də doğulub və artist karyerasına Azərbaycanın paytaxtı Bakıda başlayıb. Atası, Vaqan Mironoviç, Azərbaycan Pedaqoji İnstitutunda riyaziyyat müəllimi , Anası, Bella Qriqoryevna, evdar qadın olub.

Petrosyan ilk böyük səhnə çıxışını 17 yaşında edib. Onun televiziya karyerası isə 1964-cü ildə, "Mavi işıq” proqramını canlı yayımla aparmaq üçün dəvət aldıqdan sonra başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Mart 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri