790 min manata yaxın gecikdirilmiş vəsait işçilərə ödənilməyib
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvar-oktyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 790 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
"Unikal" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tədbirləri nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Bildirilib ki, qeyd edilən dövrdə 63 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 07 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















