“8 9 yanvar tarixlərində baş verən hadisələri terror aktı kimi qiymətləndiririk” Vəhid Cəlalzadə
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“8-9 yanvar tarixləri ərzində İran İslam Respublikasında baş verən hadisələri terror aktı kimi qiymətləndiririk”.
SİA xəbər verir ki, bu sözləri İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq, parlament və xaricdə yaşayan iranlılarla işlər üzrə müavini Vəhid Cəlalzadə Bakıda mətbuat üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu iğtişaşlar zamanı 300 polis əməkdaşı şəhid olub: “Adətən beynəlxalq səviyyədə baş verən aksiyalarda etirazçılar şəhid olur. Bu aksiyada isə bu qədər polisin şəhid olması birbaşa olaraq terror aktı olduğunu nümayiş etdirir.
Aksiyaların başlanmas səbəbi iqtisadi-sosial məsələlər, qiymət artımlarıdır və aksiya bazar əsnafları tərəfindən başladılmışdır. İğtişaşlar etirazçıların Nazirlər Kabinetində nazirlərlə görüşü ilə razılaşma nəticəsində bitmişdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 23 Yanvar 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















