Icma.az
close
up
RU
8 ay ancaq ət, yağ və pendir yeyən adam: Yan təsirləri inanılmazdır

8 ay ancaq ət, yağ və pendir yeyən adam: Yan təsirləri inanılmazdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Florida ştatında 40 yaşlarında olan kişi 8 ay ərzində yalnız ət, pendir və yağ yeyib. 

Sherg.az xəbər verir ki, "JAMA Cardiology" jurnalında dərc olunan maraqlı hadisə tibb aləmində də təəccüblə qarşılanıb.

Adı açıqlanmayan amerikalı kişi 8 ay ərzində  qida rasionunun yan təsirləri səbəbindən Tampada xəstəxanaya yerləşdirilib. Ovucunda, dirsəklərində və ayaq dibində sarımtıl ləkələrlə yanaşı axıntı şikayətləri olan 40 yaşlı xəstə gündəlik yeməklərində bir parça kərə yağı, 6-9 kilo pendir və hamburger köftəsi qəbul etdiyini bildirib. 


Ət, yumurta və süd kimi heyvan mənşəli məhsulların daxil olduğu ətyeyən pəhriz son illərdə fringe fitness dairələrində populyarlıq qazanıb. Pəhrizə riayət edənlər yalnız zülal yeməklə çəkilərinə nəzarət edə bildiklərini iddia edirlər.

Ancaq , "JAMA Cardiology" jurnalında qonaq olan Amerikalı  xəstə  ekstravaqant yemək rejimi ilə hətta həkimləri də təəccübləndirib.

Ətyeyən pəhriz sayəsində özünü daha sağlam hiss etdiyini deyən adam, tam yağlı və heyvan mənşəli qidalara keçdikdən sonra arıqladığını, bilişsel funksiyalarında əhəmiyyətli inkişaflar gördüyünü ifadə etsə də əllərindəki sarı axıntı qorxulu görünürdü.


Sağlam xolesterol səviyyəsi 200 mq/dL-dən aşağı hesab edilir, lakin həkimlər kişidə ümumi xolesterinin səviyyəsinin 1000 mq/dL-i keçdiyini aşkar ediblər. Yüksək xolesterol koroner ürək xəstəliyi riskini artırır.

Floridalı kişi pəhrizə başlamazdan əvvəl onun xolesterolu 210-300 mq/dL arasında dəyişib. Kardioloqlar kişinin vəziyyətini qiymətləndirərək ona yüksək səviyyədə xolesterin və ya digər yağların səbəb olduğu ksantelazma diaqnozu qoyublar. Ksantelazma, artıq lipidlərin qan damarlarından sızması və lokallaşdırılmış lipid yataqları meydana gətirdiyi bir vəziyyətdir. Bu çöküntülər adətən göz ətrafında görünür, lakin bəzən bədənin digər hissələrində də yarana bilər. Ksantelazma tez-tez yüksək xolesterol, diabet və ya tiroid problemlərindən qaynaqlana bilər.


TikTok fenomeni Courtney Luna, qaymaq, yağ, biftek, donuz, yumurta və hamburgerdən ibarət ətyeyən pəhriz sayəsində 30 kilo arıqladığını açıqlamışdı, lakin mütəxəssislər ətyeyən pəhrizin düşünüldüyü qədər düzgün bir qidalanma rejimi olmadığını vurğulayırlar.


Tibb sağlam bir pəhriz üçün az yağlı süd məhsulları, zülallar, meyvələr, tərəvəzlər və taxılların istehlakına diqqət yetirməyi tövsiyə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Yanvar 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri